Xəbər lenti
Rusların əsir aldığı iki ingilis döyüşçü Mevedçukla dəyişidirilmələrini istədi

"Reuters” xəbər verir ki, bu barədə döyüşçülər Rosiya 24 kanalının reportajında danışıb.
Ukraynada Rusiya hərbçilərinə əsir düşən Şaun Pinner və Eydin Aslinin Rosiya 24 kanalında videogörüntüləri yayılıb.
Hərbçilər Britaniya baş naziri Boris Consona müraciət edərək ondan evə dönmələri üçün yardım etməsini, Ukraynada əsir saxlanan rus siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini istəyiblər.
Videogörüntüdə onlara Viktor Medvedçukun həyat yoldaşının onu iki ingilis döyüşçüyə dəyişmək üçün müraciətini göstərirlər.
Yorğun və həyəcanlı görsənən Pinner videoda deyir: "Mən hökumətə məni evə qaytarması üçün xahiş edirəm. Mən həyat yoldaşımı yenidən görmək istəyirəm”."Məncə, Boris Oksananın (Medevçukun həyat yoldaşı) dediklərinə qulaq asılmalıdır”, - videodakı digər döyüşçü deyir.
"Əgər o dediyi kimi həqiqətən də Britaniya vətəndaşlarının qeydinə qalırsa, bizə kömək edəcək”, - Eydin Aslin bildirib. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar