Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan buğda və un ixracına qadağa qoydu

Tarix: 17-04-2022 14:28     Baxış: 3303 A- / A+
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracına məhdudiyyətlərin qoyulması barədə əmr hazırlayıb. 
Manevr.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumata görə, sənəd dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.

Bu sərəncam qüvvəyə mindikdən sonra bu il iyunun 15-dək buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvotalar çərçivəsində həyata keçiriləcək: buğda üzrə - 1 milyon ton, buğda unu və ya buğda-çovdar üçün - 300 min ton. Eyni zamanda ixrac üçün bəyan edilmiş həcmin 10 faizini müəyyən olunmuş qiymətə satmış iddiaçılara buğda ixracı kvotası paylanmağa icazə veriləcək.
Bundan əvvəl Qazaxıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Aydarbek Saparov bildirmişdi ki, daxili bazarda qıtlığın qarşısını almaq və ölkənin un dəyirmanlarını yükləməmək üçün kvotalar tətbiq edilir. O qeyd etmişdi ki, əvvəllər Qazaxıstan un dəyirmanları Rusiyadan buğdanı aşağı qiymətə aktiv şəkildə idxal edirdi. Lakin Rusiya Federasiyası taxıl məhsullarının ixracına qadağa qoyduqdan sonra Qazaxıstan un dəyirmanları artıq taxılın qiymətinin artdığı daxili bazarda alışa keçməyə məcbur olurlar.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar