Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…” – Şok iddia

Tarix: 16-04-2022 20:42     Baxış: 4210 A- / A+
“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?”
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan deyib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramında “Qarabağdakı separatçıların müstəqilliyinin tanınması” məsələsinin yer almadığını bildirib.
Xaçaturyan Paşinyanın separatçılara nəzəri olaraq, Qarabağ ermənilərinə Azərbaycanın suverenliyi çərçivəsində mədəni muxtariyyətin verilə biləcəyinə ümid bəslədiyinə də diqqət çəkib.
Sabiq deputat Qarabağ məsələsinə yanaşmada Ter-Petrosyan və Paşinyanın mövqelərinin üst-üstə düşdüyünü söyləyib:
“Burada iki variant mümkündür: ya Ter-Petrosyan Nikol Paşinyanın mətnlərini yazır, ya da Nikol Paşinyan Ter-Petrosyanın. O da mümkündür ki, onlar üçün bu mətnləri üçüncü şəxs yazır. Çünki baxışları məcmunca eynidir”.

Xaçaturyan Levon Ter-Petrosyanın Ermənistanın Qarabağı işğalda saxlaya bilməyəcəyini hələ prezident olarkən dediyini və indi də bu fikirdə olduğunu bildirib:
“Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir”.
Sabiq deputat müxalifətin birləşərək, Nikol Paşinyanı devirə biləcəyinə inanmadığını da deyib:
“Düzünü desəm, müxtəlif sosial təbəqələrin əhval-ruhiyyəsini öyrənirəm. Mən o ifadələri başa düşmürəm. “Birləşirlər” nə deməkdir? “Birləşirlər” deyəndə nəyi nəzərdə tuturlar? Bu ifadə məndə “bir yataqda yatacaqlar?” sualını yaradır. Bu, sadəcə diqqəti yayındırmaqdır. Təbii ki, bu baş versəydi, möcüzə olardı, amma əslində diqqəti yayındırmağa xidmət edir. Ümumiyyətlə, erməni xalqı başqalarına arxalanmaq fikrindən qurtulmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar