Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin batan "Moskva"nın qisasını necə alacaq: Siyahıda nüvə silahı da var

Tarix: 16-04-2022 15:44     Baxış: 3208 A- / A+
Putin batan "Moskva"nın qisasını necə alacaq: Siyahıda nüvə silahı da var

Ekspertlər, Kiyevin mərkəzinə raket zərbələrinin artacağını proqnozlaşdırırlar. Rusiya qoşunları “Moskva” raket kreyserinin məhv edilməsinin qisasını ala bilər. Kiyevdəki “nəzarət mərkəzi” – baza düşərgəsinin altındakı bunker “Moskva” raket kreyserinin məhvinə görə “intiqam alacaq” rusiyalı terrorçuların əsas hədəfinə çevrilə bilər. Bununla əlaqədar ekspertlər Ukrayna paytaxtının mərkəzi hissəsinə raket hücumlarının artacağını proqnozlaşdırırlar və nüvə zərbəsini də istisna etmək olmaz.

Manevr.az xəbər verir ki, bu barədə “Seqodnya” saytına hərbi ekspert Oleq Jdanov açıqlama verib. O, qeyd edib ki, Kiyevin hökumət məhəlləsinə raket zərbələri intensivləşənə qədər bu zərəbələr davam edə bilər. Jdanovun sözlərinə görə, Rusiyanın “zərbə vurmaq vaxtıdır” bəyanatları siyasi xarakter daşıyır: "Bu, onların zərbə vura biləcəyindən xəbər verir. Bu, nə dərəcədə uğurlu ola bilər, məqsədlərinə çatacaqlarmı - bunu, bizim hava hücumundan müdafiə sistemimizin imkanlarını göstərəcək. Əgər düşmən nüvə silahından istifadə edərsə, o zaman müharibə tamam başqa müstəviyə keçəcək. Rusiya üçün nəticələri tamamilə başqa olacaq. Qərar qəbuletmə mərkəzinə gəlincə, o, yaxşı qorunur. Çox yaxşı. Bina Sovet dövründə mümkün nüvə zərbəsi gözləntiləri ilə tikilib. Silah texnologiyası çoxdan irəli getsə də, amma mən təkrar edirəm, obyekt yaxşı qorunur”.
Jdanov hesab edir ki, paytaxta yeni zərbələr dalğası “Moskva”-nın qisasını almaq məqsədilə olacaq. "Bizim hər bir uğurlu cavabımız üçün Putin hansısa yolla qisas almağa çalışacaq. Bizim qələbəmiz onun məğlubiyyətidir. Görək, sonda qisas nədən ibarət olacaq",– deyə hərbi ekspert vurğulayıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko da Rusiyanın Kievin “nəzarət mərkəzinə” zərbə endirəcəyini proqnozlşadırır: "Hər zaman nə deyirlərsə - bir qayda olaraq həyata keçirməyə çalışırlar. Məsələn, müharibənin başlamasını götürək. Onların belə imkanları varmı? Bəli. Buna ciddi yanaşmaq lazımdır. İstənilən müdafiə hücuma keçən zərbə qüvvəsini azaldır. Rəhbərlik bunu başa düşür və müvafiq tədbirlər görür".
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyevdə hökumət binalarını atəşə tutmaqla hədələməyə başlayıb. Bu, Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəflərə edilən zərbələrə cavab olacaq.
Ukrayna Prezident Aparatı, artıq düşmənin təxribatlarına cavab verib və Rusiyanın istənilən ssenarisinə hazır olduqlarını bəyan edib. Ukrayna Müdafiə Nazirliyi Kiyevə qayıtmağın hələ tez olduğunu bildirsə də, lakin mer Vitali Kliçkonun sözlərinə görə, daha əvvəl gedənlərin üçdə ikisi artıq geri qayıdıb./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar