Xəbər lenti
Siyasətçi Quranı yandırdı – Polis isə ona etiraz edənləri döydü
Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludan İsveçin paytaxtı Stokholmun Rinkebi şəhərində polisin mühafizəsi altında müsəlmanların müqəddəsi kitabı Quranı yandıraraq sosial şəbəkədə yayımlayıb.Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, türklərin və müsəlmanların kompakt yaşadıqları məhəllədə cümə namazından sonra Quranı yandırmağa icazə alan Paludan bunu yüzlərlə polisin himayəsi altında edib.
Həmin ərazidə ikinci dəfə dini kitabı yandıran Paludan ətrafa toplaşan insanların etirazı ilə qarşılaşıb. İnsanlar Paludanın oradan uzaqlaşdırılmasını istəsələr də, polis bu tələbi rədd edib.
Bundan sonra ora toplaşan insanlarla polis arasında əlbəyaxa dava düşüb. Polisə daşla hücum edən 8 nəfər həbs olunub.
Digər tərəfdən, Yönköpinq şəhərində Paludanın Quranı yandıraraq, İslam dinini təhqir edən çıxışının qarşısını almaq üçün Roslatt kilsəsinin bütün zənglərini çalan rahib Fredrik Hollertz haqqında ictimai nümayişi sabotaj etdiyi üçün istintaq başladılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























