Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Arestoviç Moskvanı vurmaqla HƏDƏLƏDİ

Tarix: 14-04-2022 17:20     Baxış: 3194 A- / A+
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Müdafiə Nazirliyinin Kiyevdəki hökumət binalarını atəşə tutmaq imkanları barədə təhdidlərinə cavab verib.
“Ukrayna cavab zərbəsi endirəcək”, - deyə müşavir “Feyqin Live” kanalına müsahibəsində bildirib.
A.Arestoviçin sözlərinə görə, Ukrayna belə vəziyyətə hazırdır, çünki Kremldən hər şey gözləmək olar:
“Üstəlik, onların xarakterini bildiyim üçün heç şübhəm yoxdur ki, onlar sülh sazişinin bağlanmasına son gündə zərbə vuracaqlar, bu Kremldir. Amma onlar həm də qərarların qəbul olunduğu rəhbər orqanlara zərbə vuracaqlarını bildiriblər. Yəni, Ukraynanın hərbi idarəçilik orqanları, hüquq-mühafizə orqanlarının bütün mərkəzi aparatları təhlükə altındadır. Bəlkə də, Ali Rada, Nazirlər Kabineti, ola bilsin ki, Prezident Aparatı da... Biz buna hər zaman hazırıq”.
A. Arestoviç həmçinin Rusiyanı qisasla hədələyib və qeyd edib ki, Ukraynanın Moskvaya zərbə endirmək üçün əla imkanları var.
“Əgər istəyirsinizsə, gəlin gərginliyi artıraq”, - deyə A.Arestoviç vurğulayıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar