Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Cəriməni ödədim, üzr istəyirəm, istefa...” - Conson

Tarix: 13-04-2022 22:58     Baxış: 4213 A- / A+
İngiltərə Baş naziri Boris Conson COVID-19 qaydalarını pozduğuna görə cərimələndikdən sonra üzr istəsə də, istefa verməyəcəyini açıqlayıb.

Artıq cəriməni ödədiyini də deyib.

Bundan sonra istefa verib-verməyəcəyi ilə bağlı suala Conson belə cavab verib: “Hazırda tutduğum vəzifəni davam etdirmək və ölkədəki problemləri həll etmək istəyirəm”.

2020-ci ilin iyun ayında baş nazirin ofisində ad günü şənliyində iştirak edən Conson bunun qaydaların pozulması ola biləcəyini düşünmədiyini və polis araşdırmasına tam hörmət etdiyini bildirib.

Boris Conson hökumətin insanları qorumaq üçün qoyduğu qaydalara əməl etməməsindən çoxlarının qəzəbini anladığını da vurğulayıb.
Baş nazirlə yanaşı, onun xanımı Kerri Conson da COVID-19 qaydalarını pozduğuna görə cərimələnəcək.

London polisi karantin dövründə baş nazirin ofisində keçirilən partilərlə bağlı aparılan istintaq çərçivəsində daha 30 nəfərin cərimələnəcəyini açıqlayıb. Baş nazirliyin sözçüsü və maliyyə naziri Rişi Sunakın da bu şəxslər arasında olduğunu bildirib.

Müxalifətdəki Fəhlə partiyasının lideri Keyr Starmer Boris Conson və Rişi Sunakın ictimaiyyətə dəfələrlə yalan danışdıqlarına görə, istefa verməli olduqlarını deyib.

Baş nazir hadisələr zamanı bütün məhdudiyyətlərə əməl edildiyini əsas gətirərək, istefası ilə bağlı çağırışları rədd edir. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar