Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Kremlə niyə çağırıldı? - “Bu, Rusiyanı bir qədər də aqressivləşdirir”

Tarix: 12-04-2022 18:10     Baxış: 4208 A- / A+
“Bu gün Ermənistan parlamentinin iclasında müxalifət təmsilçiləri tribunaya Qarabağ ermənilərinin qondarma bayrağını çıxarıb. Bu həftə parlamentin iclasında iştirak etməyəcəklərini bildirən müxalifət təmsilçiləri zalı tərk edib və Qarabağa yola düşdüklərini bəyan ediblər”.
Manevr.az xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.
Onun sözlərinə görə, müxalifətin parlamentdə təmsil olunan “Ermənistan” və “Şərəfim var” bloklarının liderləri bəllidir: Robert Köçəryan və Serj Sərkisyan:
“Doğrudur, onların arasında müəyyən fikir ayrılığı olduğu məlumdur. Amma onları birləşdirən ciddi faktorlar var. Onların hər ikisinin qarabağla bağlı olması əsas şərt deyil, əsas şərt onların hər ikisinin Rusiyanın təsir dairəsində olmalarıdır.
Brüssel görüşündən sonra Rusiyanın oyundan kənar qalması faktdır. Amma Kreml bu situasiya ilə barışmaq istəmir. Öz maraqlarını təmin etmək üçün sözsüz ki, Moskvanın sınanmış üsulu regionda gərginliyi artırmaqdır. Brüssel görüşünün ertəsi gün Qarabağda erməni yaraqlısının Azərbaycan Silahlı Qüvvələrinin karvanı qarşısına çıxması və hətta havaya atəş açması sıradan insident deyildi. Nəzərə alsaq ki, bu insident Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının gözü qarşısında baş verib və rus əsgərləri buna ancaq gülüşlə reaksiya veriblər. Yəni insidentin haradan qaynaqlandığı bəlli olur.

Bunun ardınca isə Fərrux kəndində evlərin damından Rusiya bayrağının asılması xəbəri gəldi. Bəzi ruspərəst erməni politoloqlar Qarabağ ermənilərinin xilası üçün Qarabağın Rusiyanın prefekturası olması ideyasını ortaya atması da təsadüf deyildi.
Ermənistan xarici işlər nazirinin Moskvaya çağırılması, Paşinyanın yaxın günlərdə Rusiyaya səfər edəcəyi barədə xəbərləri hamı bilir. Rəsmi Moskva Ermənistanın Qərbə meyllənməsini aydın sezir. Bunun qarşısını almaq üçün Ermənistan ordusuna yardımlar ediləcəyi barədə jestləri də var. Amma Kremldə anlayırlar ki, Paşinyan nə qədər Ermənistanın sükanı arxasındadır qərbmeyilli siyasətin qarşısını almaq mümkün olmayacaq. Paşinyana ən ciddi təsir mexanizmi isə Azərbaycanın atacağı addımlar ola bilər”.
Asəf Quliyev qeyd edib ki, son təxribatçı addımlardan sonra Azərbaycan təmkinini qorumağı bacarır:
“Hələlik baş verənləri səbrlə izləyir. Bu təmkin Rusiyanı bir qədər də aqressivləşdirir. Ermənistan parlamentinin son iclasında müxalifətin demarşı da məhz bu aqressivlikdən doğan növbəti addımların təzahürüdür. İpi Rusiyanın əlində olan müxalifətin nümayəndələri Qarabağa gedəcəklərini deyiblər. Rəsmi Bakı dəfələrlə Ermənistan rəsmilərinin Qarabağa səfərlərinə etirazlarını bildirib. Amma bu etirazlar adətən fakt baş verdikdən sonra səslənib. Azərbaycan bu məsələdə Rusiya sülhməramlılarını günahlandırır. Bu da təbiidir. Çünki Ermənistan rəsmiləri Qarabağa teleportatsiya ilə yox, Laçın dəhlizi ilə gəlir. Laçın dəhlizinin açarı isə Rusiya sülhməramlılarının əlindədir.
Beləliklə, Ermənistan müxalifəti Qarabağa gələcəyini bəyan edib. Bunula onlar sanki həm Paşinyan, həm də Azərbaycana meydan oxuyurlar. Amma əslində meydan oxuyan Ermənistan müxalifəti yox, Rusiyadır.
Yaxşı olardı ki, fakt baş verməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Rusiyaya xəbərdarlıq bəyanatı versin və məsuliyyətin kimin üzərində olduğunu əvvəlcədən bəyan etsin./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar