Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

13 ildir ki... - Putin müharibədəki uğursuzluğa görə Besedanı da həbsə atdı

Tarix: 12-04-2022 13:06     Baxış: 3233 A- / A+

13 ildir ki... - Putin müharibədəki uğursuzluğa görə Besedanı da həbsə atdıRusiya lideri Vladimir Putinin nəhayət ki, axtardığı cinayətkarı tapdığı irəli sürülüb. 
Manevr.az bildirir ki, bu barədə "The Telegraph” qəzeti yazı dərc edib. 
İddialara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xarici kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda Moskvanın yüksək rejimli Lefortovo həbsxanasına göndərilib. Qəzetin məlumatına əsasən, martın ortalarında Ukraynaya qarşı başladığı müharibədə uğursuz kəşfiyyat və zəif strategiyadan məyus olan Putin 8 generalı işdən çıxarıb, FTX-nin Xarici Kəşfiyyat İdarəsinin rəisi Beseda və onun müavinini ev dustaqlığına buraxıb. 
Ona qarşı irəli sürülən ittihamlar tam bəlli olmasa da, Besedanın ilk dəfə ev dustaqlığına çıxarıldığı zaman pul mənimsədiyi deyilib, həbs cəzasından sonra isə, "dövlətə xəyanət” ittihamları ilə yenidən gündəmə gəlib. Onun həbsdə olması hələlik Rusiya tərəfindən rəsmi olaraq təsdiqlənməyib. "Bellingcat” kəşfiyyat qrupunun Rusiya üzrə aparıcı müfəttişi Kristo Qrozev, Beseda departamentindən daha 150 nəfərin işdən çıxarıldığını və ya həbs edildiyini açıqlayıb.Beseda Rusiya FTX-nin Beşinci Xidmətinin rəhbəri idi. 1998-ci ildə Putin tərəfindən yaradılan Beşinci Xidmət Rusiyanın işğalını dəstəkləmək üçün ölkədə siyasi baza qurmalı və Kremlə Ukrayna haqqında kəşfiyyat məlumatı verməli idi. FSB ilk növbədə daxili təhlükəsizlik qurumu olsa da, Besedanın rəhbərlik etdiyi departament xarici əməliyyatlar həyata keçirir, xüsusən də qonşu ölkələrdə rusiyayönlü siyasət və təsir şəbəkələri yaradırdı. Bu məqamda Beseda Kiyevdəki siyasi vəziyyətlə bağlı Putinin əsas mənbələrindən biri kimi görünürdü. Son kəşfiyyat hesabatları iddia edir ki, departament Ukraynadakı real vəziyyəti xəbər vermədiyi üçün Putinin qəzəbinə tuş gəlib.
Qeyd edək ki, Beşinci Xidmət 2014-cü il Ukrayna inqilabından sonra işdən çıxarılma dalğası ilə üzləşib, lakin Beseda öz vəzifəsində qalmağı bacarıb. 13 ildir fəaliyyət göstərən Besedanın Putinin çevrəsi ilə sıx əlaqəsi olduğu güman edilir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi zamanı 9-u komandir olmaqla ağır itkilər verən, gizli hərbi planları ABŞ və İngiltərə kəşfiyyatı tərəfindən ələ keçirilən Putinin yaxın çevrəsində ova başladığı və hər kəsi nəzarət altına aldığı öyrənilib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar