Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanış mənzərə: Rusiya hərbçiləri Ukraynada evlərdən unitazları söküb aparır

Tarix: 11-04-2022 20:23     Baxış: 3160 A- / A+
Tanış mənzərə: Rusiya hərbçiləri Ukraynada evlərdən unitazları söküb aparır

Rusiyalı hərbçilər işğal etdikləri ərazilərdən, dağıtdıqları evlərdən o qədər oğurluq edir ki, sosial mediada bunu lağa qoymağa başlayıblar. Məsələn, rus əsgərlərdən birinin həyat yoldaşı ilə yazışması yayılıb. Qadın ondan Ukraynadan paltaryuyan maşın gətirməsini istəyir. Mağazaların videogörüntülərindən rusiyalı hərbçilərin mətbəx əşyalarını oğurladığı, hətta drel apardığı nəzərə çarpır.

Manevr.az xəbər verir ki, Rusiya ordusunun əsgərləri Çerniqovda evlərdən unitazları söküb aparıblar. Yerli sakinlər gördüklərindən heyrətə gəliblər. Sosial mediada yayılan videoda onlar təəccübünü gizlətmir, hətta bunu gülüşlə qarşılayırlar. Qadınlardan biri deyir ki, deyəsən, rusiyalı hərbçilər unitazı görəndə mədəni şok keçiriblər.
Bu mənzərə bizə tanış gəlir. Hadisə bizə İkinci Qarabağ Müharibəsini xatırladır. Onda işğal olunmuş əraziləri tələm-tələsik tərk edən Ermənistan vətəndaşlarından biri unitazı da çıxarıb aparmışdı. Bunun videosu yayılmışdı. Sosial şəbəkələrin Azərbaycan seqmentində həmin davranışı çox məsxərəyə qoymuşdular. Çünki unitazın çox köhnə olduğu nəzərə çarpırdı. Ermənistan vətəndaşı isə o qaçaqaçda tamamilə nimdaş tualet aksesuarını özünə yük etməkdən çəkinməmişdi.
Rusiya ordusu Ukraynaya fevralın 24-də hücum edib. İlk günlərdən Kiyev uğrunda güzəştsiz döyüşlər gedib. Amma paytaxtı ələ keçirmək mümkün olmayıb. Rusiya ordusu acığını bir çox şəhərlərdən çıxıb. Kiyev vilayətindəki Buça qəsəbəsində qətliam həyata keçirilib. Qadınlar zorlanıb, yüzlərlə günahsız vətəndaş qətlə yetirilib. Xarkov böyük zərər görüb. Mariupolun tamamilə dağıdıldığını demək olar. Ukrayna Prezidenti Vladimir Zelenski orada onminlərlə dinc sakinin öldürüldüyünü deyir.
Rusiya ordusu Ukraynada böyük itkilər verib. İndiyə qədər azı 19500 hərbçinin həyatını itirdiyi bildirilir. Kreml qoşunlarının 725 tankı, 154 təyyarəsi, 137 vertolyotu, 347 artilleriya sistemi sıradan çıxarılıb. Təkcə 7 gəmi yararsız vəziyyətə düşüb. Komandanlıq orduya əlavə qüvvə cəlb etməyə çalışır. Bunun üçün ehtiyatda olan hərbçilər döyüşlərə çağırılır. Zelenski Rusiyanın daha böyük həmləyə hazırlaşdığını bildirir./bizimyol.info

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar