Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp yenidən prezidentliyə namizəd ola bilər

Tarix: 10-04-2022 11:09     Baxış: 3196 A- / A+

Tramp yenidən prezidentliyə namizəd ola bilərABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcək.
Manevr.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Şimali Karolinada keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.ABŞ-ın hazırkı prezidenti Co Bayden artıq ikinci müddətə namizəd olmaq niyyətini bəyan edib.
"Həqiqət budur ki, mən artıq iki dəfə prezidentliyə namizəd olmuşam və iki dəfə qalib gəlmişəm. İkinci dəfə isə nəticə birincidən xeyli yaxşı idi. İndi biz bunu yenidən etməli ola bilərik. Burada mənim yenidən seçkiyə getməyimi istəyən varmı?”, - deyə Tramp Şimali Karolinada keçirilən mitinqdə tərəfdarlarına sual verib.
O, həmçinin siyasi rəqiblərini 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməyə davam edir.
"Enerji böhranından şiddətli cinayət böhranına, Əfqanıstandakı fəlakətdən Ukraynadakı fəlakətə qədər, bu gün gördüyümüz hər şey saxtalaşdırılan bu dəhşətli seçkinin nəticəsidir”, - Tramp deyib.
Bundan əvvəl Tramp Respublikaçı tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa etməyi planlaşdırdığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar