Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

a

Tarix: 08-04-2022 14:23     Baxış: 75 A- / A+
Mingəçevirin icra başçısı İlham İsmayılov özünü Prezidentdən üstün sayır?
Prezident bir qrup idmançını şəxsən qəbul etdiyi halda icra başçısı hələ də onlayn iclaslar keçirir
Məlum olduğu kimi, bu il martın 5-də ölkədə epidemioloji vəziyyətin yaxşılaşmasıyla əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən qərarlar qəbul edildi. Qərarda 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə verilməsi də öz əksini tapmışdır. 
Hətta bu qərarın ardınca Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlandı. Ötən ay ərzində ayrı-ayrı nazirlər, komitə sədrləri yerlərdə vətəndaşları qəbul edərək onların problemlərini şəxsən dinləmişlər.
Lakin təyinatının ilk günündən daim vətəndaşlara təmasdan qaçan, hətta koronavirus pandemiyasını fürsət bilib kabinetinə qapanan Mingəçevirin icra başçısı İlham İsmayılov hələ də köhnə şakərindən ya əl çəkə bilmir, ya da əl çəkmək istəmir. Belə ki, bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərləriylə üzbəüz əyləşib onların çıxışlarını dinləməli, mövcud problemlərin (bu problemlər isə İlham İsmayılov Mingəçevirə icra başçısı təyin olunandan sonra dəfələrlə artıb – A.) həlli yollarını aramalı olan icra başçısı İlham İsmayılov nədənsə yenə də iclası onlayn keçirməyə üstünlük verib. Əcəba, cənab İsmayılov kimdən və ya nədən ehtiyatlanır? Uzağa getməyək. Necə olur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn müxtəlif beynəlxalq qurum və dövlət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətlərini, idmanın ayrı-ayrı növləri üzrə millimizin üzvlərini qəbul edir, onlarla təkbətək əl verib görüşür, xatirə şəkli çəkdirir, amma Prezidentin təyin etdiyi icra başçısı tabeliyində işləyənlərlə hələ də məsafə saxlayaraq onlarla onlayn görüşməyi məqbul sayır?
Belə çıxır ki, icra başçısı İlham İsmayılov özünü Prezidentdən üstün sayır. Hər halda, icra başçısının bu addımına başqa ad vermək mümkün deyil.
Azər Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar