Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

c

Tarix: 20-04-2021 14:08     Baxış: 119 A- / A+
c


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib. İttihama görə, onlar Bakı şəhərində fəaliyyət göstərən “Ankara klinikası” özəl tibb müəssisəsində həkim pediatr vəzifəsində işləyən Elşən Tağıyevin külli miqdarda pul vəsaitini ələ keçiriblər.

Manevr.az xəbər verir ki, bu barədə Elçin Quliyev və digərlərinin Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində yer alıb.

Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilən Elşən Tağıyev bildirib ki, 7 sentyabr 2015-ci il tarixdə Azər Məmmədov tərəfindən keçmiş MTN-ə aparılıb: “Orada Sona Bədəlova adlı xanımı zorlamağım barədə ərizə olduğunu, onu zorlamağı etiraf etməyi məndən tələb etdilər. İzahatı yazmağım üçün Azər Məmmədov, Xalid və adını bilmədiyim şəxs tərəfindən döyüldüm, daha sonra azad olunmağım müqabilində Azər Məmmədov məndən 50 min manat tələb etdi. Həmin məbləğdə pulum olmadığını bildirdim”.

Zərərçəkmişin ifadəsinə görə, pulu olmadığını bildirəndən sonra Antiterror mərkəzinin rəis müavini İlqar Əliyevin yanına aparıblar: “İlqar Əliyev də mənə hədə qorxu gəldi. Daha sonra Azərə bir həftə ərzində 30 min manat verəcəyim barədə razılaşdıq. MTN-də çıxdıqdan sonra tanışım Aydın Ağayevlə görüşdüm. Aydın Ağayev mənimlə birlikdə MTN-ə gələrək, Azər Məmmədova zəng vurdu. Biz Azər ilə MTN-nin qarşısında görüşdük. Azər ilkin olaraq razılaşdığımız 30 min manatın hökmən gətirilməli olduğumu bildirsə də, sonradan hər hansı məbləğdə pul lazım olmadığını bildirdi”.

Elşən Tağıyev qeyd edib ki, Azər Məmmədov daha sonra ona zəng vurub və 10 min manat gətirməli olduğunu bildirib.

O, ifadəsində 17 oktyabr 2015-ci il tarixdə nazir Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra MTN-əməkdaşlarının onunla əlaqə saxlamadıqlarını göstərib.

Cinayət işi üzrə şahid qismində ifadə verən Sona Bədəlova bildirib ki, tanışı Elşən Tağıyev tərəfindən zorlanması barədə əri Şahin Bədəlov 6 oktyabr 2015-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib: “Bununla əlaqədar həqiqətən də MTN-də araşdırma aparılıb. Mən və həyat yoldaşım həmin nazirliyə dəvət olunaraq ikinci mərtəbədə adını bilmədiyim bir şəxs tərəfindən izahatıməz alınıb. İzahatımı almış şəxsin adını və vəzifəsini bilməmişəm. Lakin sonra izahatlarımı almış həmin şəxs həyat yoldaşıma zəng vuraraq ərizədə göstərdiyimiz xüsusatların MTN-nin səlahiyyətinə aid olmadığını, ərizənin baxılması üçün prokurorluğa göndəriləcəyini bildirdi”.

Sona Bədəlovanın sözlərinə görə, bundan sonra Sabunçu rayon prokurorluğunda araşdırma aparıldı, araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi: “Elşən Tağıyevin Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilib-edilməməsi barədə heç bir məlumatım olmayıb”.

Şahid qismində dindirilən Azər Məmmədov ifadəsində 2005-ci ildən 2011-ci ilədək MTN-nin Antiterror mərkəzinin 3-cü idarəsinin 2-ci şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifələrində işlədiyini, 2011-ci ildən hazıradək həmin şöbənin rəis müavini vəzifəsində işlədiyini göstərib.

Azər Məmmədov bildirib ki, antiterror mərkəzinin 3-cü idarəsinin fəaliyyət istiqaməti Cənab Prezidentin mühafizəsinin təşkili, terrorçuluq və silahlı qruplara qarşı əməliyyat işinin təşkilindən ibarət olub: “İşlədiyim şöbənin fəaliyyət istiqamətinin isə terrorçuluq və silahlı qruplara qarşı əməliyyat işinin təşkilindən ibarət olub”.

Şahid qeyd edib ki, Şahin Bədəlovu 2014-cü ilin sonlarından onu müalicə edən həkim kimi tanıyıb: “2015-ci ilin iyul ayında Şahin Bədəlov mənimlə görüşərək tanışı olan Elşən Tağıyev onun həyat yoldaşı Sona Bədəlovanı zorlaması barədə məlumat verdi. Həmin məlumatı aldıqdan sonra baş idarə rəisinin müavini İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə olundu.

Daha sonra Elçin Quliyev tərəfindən nazir Eldar Mahmudova məruzə edilərək razılıq aldıqdan sonra Elşən Tağıyev barəsində yoxlama aparmağa başladıq. Onun yaşayış yerinə müəyyən sorğular verilməklə məlumatlar toplanıldı, habelə Elşən Tağıyevin istifadəsində olan mobil telefon nömrəsi üzrə aparılan danışıqların, SMS mətnlərinin götürüldü.

Materiallar toplanıldıqdan sonra Elşən Tağıyevin MTN-ə dəvət olunaraq izahatının alınmasına icazə verilməsi üçün yenə də İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə edildi. Elçin Quliyev də nazir Eldar Mahmudova məruzə edərək razılığını aldıqdan sonra Elşın Tağıyev MTN-ə dəvət edildi”.

Azər Məmmədovun ifadəsinə görə, 7 sentyabr 2015-ci il tarixdə tabeliyində olan işçiləri Xalid Əliyev və Kənan Cəfərovla birlikdə Elşən Tağıyevin işlədiyi “Ankara” tibb mərkəzinin yanına gediblər: “Oradan Elşən Tağıyevi götürərək MTN-ə apardıq. MTN-də Elşən Tağıyevin izahatını almağa başladıq. Baş idarə rəisinin icazəsi olmadan hər hansı vətəndaşın MTN-nin inzibati binasına daxil olmasının və çıxmasının mümkünsüz olub. Elşən Tağıyevin izahatında törətdiyi əməli, yəni Sona Bədəlova ilə cinsi əlaqədə olmasını etiraf etdi.

İzahatı alındıqdan sonra baş idarə rəisinin müavini İlqar Əliyev mənə zəng vuraraq Elşənin törətdiyi əməli etiraf edib-etməməsini soruşdu. Daha sonra onun tapşırığına əsasən Elşən Tağıyevi İlqar Əliyevin xidməti otağına apardım. İlqar Əliyev onunla maarifləndirici söhbət edəndən sonra sərbəst buraxıldı. Eyni zamanda Səhiyyə Nazirliyinə barəsində təqdimat yazacağını bildirdi. Bir neçə gün sonra Elşən mənə zəng vurub görüşmək istədiyini bildirdi. Mən də Elşənlə MTN-nin inzibati binasının qarşısında görüşdüm. Görüşə Elşənin Aydın adlı qohumu da gəldi. Görüş zamanı onların Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verməməsini xahiş etdi. Mən isə Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verəcəyini bildirərək oradan getdim.

Elşən Tağıyevdən izahatını alan zaman özümün və başqa MTN əməkdaşının ona fiziki zor tətbiq etməyib. Ondan hər hansı məbləğdə pul istənilməyib. Yalnız Elşın Tağıyevin əxlaqsızlıq əməlini sübut edib və Səhiyyə Nazirliyinə məlumat verilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.teleqraf.com Dostunun xanımını zorlamaqda ittiham olunan həkim MTN-ə niyə gətirilmişdi?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar