Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

A

Tarix: 09-03-2021 20:11     Baxış: 74 A- / A+
Bir ildən artıqdır ki, Azərbaycanda Ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçkiləri keçirilib. 6-cı çağırış deputat seçkilərinin nəticəsi bəzi məqamlarda qənaətbəxş olmasa da, millət vəkili adı qazananlar arasında yeni simalar da mövcuddur. Sonuncu seçkilərdə xalq bu dəfə hər şeyin dəyişəcəyinə çox ümid bəsləyir, seçdiyi deputatın hər zaman ona dəstək olacağına və millət vəkili adını doğruldacağına inanırdı. Bir illik fəaliyyət göstərir ki, heç də bütün deputatlar daşıdıqları ada, tutduqları vəzifəyə məsuliyyətlə yanaşmır. Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədovun seçiciləri onun fəaliyyətindən nə dərəcədə razı və ya narazıdır? Bu sualla seçicilər arasında sosial şəbəkə üzərindən sorğu apardıq.

Dalidag.az olaraq heç zaman qərəzli mövqe tutmadıq və həmişə haqqı-ədaləti yazmağa, haqlının tərəfində olmağa çalışdıq. Keçirdiyimiz sorğunun da məqsədi məhz budur.
Aqil Məmmədov deputat seçilib, Kəlbəcər əhalisi ona səs verib. Bu seçikidə, səsvermədə hansı haqsızlıqlara, saxtakarlığa yol verilib-verilməyib biz onu araşdırmırıq. Fakt bu gün Aqil Məmmədov deputatdır. Məlumdur ki, deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Deputat eyni zamanda fəaliyyəti ilə seçicilərinin etimadını doğrultmalı, mütəmadi onlarla əlaqə saxlamalıdır. Seçicilərinin qayğı və problemləri ilə məşğul olmaq da deputaın üzərinə düşən vəzifədir. Təəssüf ki, reallıq düşündüklərimizi, gözlədiklərimizi əks etdirmir. Keçirdiyimiz sorğunun nəticəsi göstərir ki, A.Məmmədov parlamentdəki elçi rolunun("Deputat" termini serb sözü olub hərfi mənası "elçi göndərilmiş" deməkdir) öhdəsindən yetərincə gəlməyib. Rəylərdən belə görünür ki, millət vəkili Milli Məclisdə susqunluğu, fəaliyyətsizliyi ilə təmsilçisi olduğu Kəlbəcər rayon sakinlərinin rəğbətini qazana bilməyib. Narazı seçicilər onun parlamentdə rayon adına hansısa əlverişli təklif, hər hansı bir fikir irəli sürmədiyindən, ümumiyyətlə, səssiz mövqeyindən gileylənir. Bəzən məmurlar, müəyyən vəzifə sahibləri bu cür sorğu və ya hansısa təpki qarşısında qalanda, ənənəvi: "Mən hamı üçün yaxşı ola bilmərəm" fikri ilə özlərini haqlı çıxarmağa çalışırlar. Əfsus ki, Aqil Məmmədov fəaliyyəti boyunca nəinki hamı üçün, heç 1% seçici üçün də yaxşı olmayıb. Bunu biz yox, sorğunun nəticələri deyir. 217 respondentin cavabladığı sorğuda 3-5 nəfər deputatın fəaliyyətindən razı olduğunu bildirib. Çox acınacaqlıdr və ortaya çıxan suallar sadəcə duruma aydınlıq gətirmək niyyəti daşıyır. Niyə və nə üçün millət vəkili vəzifəsindən irəli gələn tələbləri yerinə yetirmir? Niyə tutduğu vəzifənin məsuliyyətini önəmsəmir? Nə üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanunun III fəsli (Deputatın seçicilərlə iş aparması) maddə 18-də (Deputatın seçicilərlə əlaqə saxlaması) göstərilənlərə əməl etmir?

Bu sorğu həm də bir güzgüdür. Bəzən insan öz mənini görmür və belə olduğu halda mətbuat öz güzgü missiyası ilə hərəkətə keçmək məcburiyyətindədir. Ölkə başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Demək, biz öz vəzifəmizi yerinə yetirərkən, neqativ halları aşkarlamaq və üzə çıxarmaqla həm də ümumi işə kömək edir, dövlətə və dövlətçiliyə xeyir vermiş oluruq. Kəlbəcərin deputatı Aqil Məmmədova güzgümüzdə özünə baxmaq imkanı veririk ki, işindəki çatışmamazlıqları görə bilsin. Seçicilərlə arasındakı "uzaqlıq hasarı"nı uçurmağa çalışsın, münasibətinə düzəliş versin. Üzərinə düşən vəzifənin məsuliyyətindən kənarda qalmasın. Millətiinin vəkili olsun. Bu bizim tərəfimizdən bir növ yaxşılıqdır.

Qeyd edək ki, bu tip sorğularımız davam edəcək. Ayrı-ayrı məmurların iş fəaliyyətinin insanları qane edib etmədiyinin birlikdə şahidi olacağıq.

Kəlbəcərlilər deputatlarından razıdırmı? - SORĞU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar