Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Eurosel"-in internet oyunu

Tarix: 01-03-2021 18:34     Baxış: 3112 A- / A+

Bu gün internetin həyatımızdakı vacib rolu danılmaz faktdır. İstər fiziki, istərsə də hüquqi şəxs olaraq müxtəlif provoyderlər üzərindən internet bağlantısı qurur və işlərimizi həll etməyə çalışırıq. Təəssüf ki, əksər vaxt bağlantıdan məmnun qalmır, internetin sürətindən şikayətçi oluruq. Bu səbəbdən də stifadəçilərin provoyderlərin fəaliyyətindən narazılıqları günbəgün artır. Üstəlik bəzi provoyderlər müştərilərin haqqına girir, normal davranış qaydalarına belə riayət etmirlər.

Manevr.az xəbər verir ki, "EUROSEL" adlı provoyder müştərinin hüququnu pozub. Bu barədə redaksiyamıza müraciət edən "Eurosel" müştərisi bildirib ki, bu gün səhər saatlarında internetin çalışmadığını görüb və adı çəkilən provoyderin Sumqayıt ofisinə zəng edərək, məsələni aydınlaşdırmağa çalışıb. Zəngi cavablandıran nümayəndə az müddətdə problemin səbəbini dəqiqləşdirib müştəriyə məlumat verəcəyini qeyd edib. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq müştərinin gözlədiyi zəng gəlməyib və o yenidən ofisə zəng edib. İstifadəçinin sözlərinə görə, növbəti dəfə də ona eyni cavab verilib. Bu hal bir neçə dəfə təkrarlanıb. Sonuncu zəngdə müştəriyə problemin ödənişlə bağlı olduğu bildirilib. İnternet istifadəçisi vurğulayıb ki, müqaviləyə əsasən ödəniş 07.03.2021-ci il tarixdə olmalıdır. Ofisdən ona sistemdə dəyişiklik olduğunu deyiblər. Müştərinin bu barədə ona niyə xəbər verilmədiyi sualının cavabı isə ənənəvi olub: "Bizlik deyil, baş ofisdən bizə belə təlimat verilib".

Nəticə göstərir ki, "Eurosel" in müştəriləri həm də öncəgörən olmalıdı. Əvvəlcədən Şirkətin "beynini" oxumalı və qəfil dəyişikliklərdən xəbərdar olmalıdırlar ki, bu və onlarla bunun kimi xidmətdən əziyyət çəkən müştərinin vəziyyətinə düşməsinlər.

"Şirkətin əsas missiyası bütün Respublika ərazisində geniş çeşiddə yüksək keyfiyyətli rabitə xidmətlərini təmin etməklə müştərilərin rabitə sahəsində olan hər ehtiyacını təmin etməkdir". Bu sözlər "Eurosel" MMC-nin özü haqqında məlumat bölümündə yer alıb. Fakt göstərir ki, sözlər sadəcə formal xarakter daşıyır, realda xidmət yazılanları təkzib edir.

Müştəri məmnunluğu xaricində təkcə özlərini razı sala biləcək iş prinsipi ilə çalışan bu cür qurumlar insanların əsəbləri ilə oynadıqlarının fərqində deyillərmi? Onsuz da gərgin olan adamlara qarşı bu davranışla nə demək istəyirlər? Yalnız özüm qazanım siyasəti? Bəs normal xidmət? Müştəri hesabına milyonlar qazanıb, onlara gərginlik yaratmaqla bir gün "bazarlarının" bağlanacağı ağıllarına gəlmirmi görəsən bu mənfəət düşkünlərinin???

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar