Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

M

Tarix: 21-02-2021 15:59     Baxış: 76 A- / A+
Ümumiyyətlə, virusun dalğa şəklində artımlarının olması fikri ilə mən razı deyiləm. Sadəcə olaraq, bu gedən bir prosesdir. Bu prosesin içərisində müəyyən yoluxma saylarında artımlar müşahidə olunur. Bu artımlar istər karantin tədbirlərinə insanların fərd olaraq doğru- düzgün riayət etməməsi zamanı və o cümlədən də cəmiyyətdə yoluxmaların sayının müəyyən bir intensivliyə çatana qədər yoluxma sayında artım müşahidə olunur. Bu bütün dünya üzrə statistikaya diqqət etsək bu şəkildədir. Yoluxmaların sayı müəyyən bir doyma nöqtəsinə çatdıqda və insanlar daha ciddi şəkildə qoruyucu tədbirlərdən istifadə etdikdə yoluxmaların sayında aşağı enmələr baş verir. Və o cümlədən də simptomsuz gedən insanlarda yəni xəstəliyin əlamətləri müşahidə olunmayan insanlarda az simtomplu gedən hansılar ki, xəstəlik kimi qiymətləndirilmir bəzi insanlar tərəfindən. Bu tip insanların hesabına yoluxmaların sayında müəyyən artımlar olur, digər insanları yoluxdurmaq hesabına. Bu yoluxmalar həmçinin imuniteti formalaşmış insanların sayının artmasına gətirib çıxarır. Bu baxımdan da yoluxmaların sayında dediyimiz o mərhələli şəkildə enmələr baş verir. Hal-hazırda həm bir neçə vaxt bundan öncə yoluxmaların sayının intensiv olması bizim ölkəmizdə imuniteti formalaşmış insanların sayının artmasına gətirib çıxartdı. Karantin tədbirlərinin sərtləşməsi bu prosesin enmə trendinə keçməsinə səbəb oldu.

Mart ayında karantin rejiminin sərtləşdirilməsi ilə bağlı fikirlərə münasibət bildirərək onu deyə bilərəm ki, hal-hazırda yoluxma statistikası cəmiyyətin üzvləri arasında aparılan, şəxsən mənim tərəfimdən müəyyən sorğular, araşdırmalar və əlimizdə olan statistikanın analizi onu göstərir ki, vəziyyət müsbət dinamikada yəni yoluxmaların azalması istiqamətində və yaxud stabilləşmə istiqamətində gedir. Və insanlarımızın da bir neçə ay bundan əvvəlki duruma nəzərən hal-hazırda daha öz sağlamlıqlarını qorumaq istiqamətində daha düşüncəli, bilincli, ölçülüb-biçilmiş addımların atılması da müşahidə olunur. Qorunma tədbirlərinə riayət olunmaların intensivliyi artmışdır. Bu baxımdan mənim fikrimcə mart ayında sərtləşdirmə kimi bir prosesə gedilməsinə hal-hazırkı statistik göstəricilər əsas olduğunu, ehtiyac olduğunu göstərmir. Ancaq dediyimiz kimi hələ də yoluxmamış insanların sayının kifayət qədər olması bu riski hər zaman aktual edir. Ancaq proseslər bu istiqamətdə gedərsə, yoluxmaların sayında artımın olma riski aşağıdı. İkinci məsələ isə bu riskin aşağı olma səbəbini özündə ehtiva edən ikinci əsas səbəb ondan ibarətdir ki, biz vaksinasiya prosesinə cənubu Qafqazda ilk başlayan ölkə kimi və digər ölkələr arasında da öncül ölkə kimi çox müsbət nəticə əldə etmişik. vaksinasiya bu sürətlə davam edərsə və bu intensivliklə davam edərsə dediyimiz bu riskin aradan qalxması ehtimalı daha yüksəkdir. Yəni biz normal həyatımızın bütün elementlərinə tədricən qayıda bilərik. Əgər vaksinsiyaya bilincli yaxınlaşsaq və bu intensivlikdə vaksinasiya davam edərsə müsbət dinamika göz önündə olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar