Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın məkrli planı - Minalanmış yerlərin xəritəsini gizlədir

Tarix: 06-02-2021 18:50     Baxış: 4132 A- / A+
Ermənistanın məkrli planı - Minalanmış yerlərin xəritəsini gizlədir


Məlumdur ki, Ermənistan 30 il müddətində işğal altında saxladığı torpaqlarımızda ərazilərimizi minalayıb.

İşğalçı ölkə minalı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə görə, təmizləmə prosesində Azərbaycan öz bacarığına, tərəfdaşların köməyinə və dünya təcrübəsinə əsaslanır. Çünki ərazilərin minalardan təmizlənməsi Böyük Qayıdış prosesində ilk və zəruri addımdır. Qarabağa qayıdış bu problemin tez və keyfiyyətli həllindən asılıdır. Bu günlərdə işləri sürətləndirmək məqsədilə Azərbaycan Türkiyədən 20 yeni minatəmizləyən maşın alıb. Belə ki, mexaniki minatəmizləyən maşın olan "MEMATT" 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Ermənistanın məkrli planı - Minalanmış yerlərin xəritəsini gizlədir


Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib.

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 859,3 hektar ərazini, 245,8 km yolları, 962 mənzil tikintisini, o cümlədən 27 sosial əhəmiyyətli obyektləri təxminən 24 mini aşkar edilmiş və zərərsizləşdirilmiş partlamamış hərbi sursatlardan təmizləyib.

Yanvarın 30-u fevralın 1-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə əməliyyat həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Beləliklə, ümumilikdə 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılıb, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 296 tikili yoxlanılıb.

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı açıqlamasında bu sahədə dünya təcrübəsinin necə olduğuna toxunub.

O xatırladıb ki, Əfqanıstandakı müharibə 1988-ci ildə başa çatıb və həmin vaxtdan 32 il keçməsinə baxmayaraq, hər il bu ölkədə ərazilərin minalardan təmizlənməsi işlərinə 50-60, bəzi illərdə isə 100 milyona yaxın vəsait ayrılsa da, proses hələ də tam başa çatmayıb: "Əfqanıstanda minatəmizləmə işlərinə səkkiz min nəfərlik heyət cəlb edilsə də, 2017-ci ildə orta hesabla hər ay 140, 2018-ci ildə isə 180 nəfərin minadan xəsarət aldığına dair rəsmi məlumatlar var. İndiyədək 1 milyondan çox Əfqanıstan vətəndaşı mina və partlamamış hərbi sursat hadisəsi nəticəsində xəsarət alıb. Bu günədək Əfqanıstanda 19 milyon partlamamış hərbi sursat və mina zərərsizləşdirilib. Lakin proses hələ də davam edir.

Bu rəqəmləri xatırlatmaqla heç də proseslərin Azərbaycanda da bu qədər uzun müddət davam edə biləcəyinə dair fikirlər yaratmaq istəməzdim. Lakin Ermənistan tərəfinin Azərbaycana xəritələri təqdim etməməsi, ərazinin sırf dağlıq və yüksək dağlıq, bəzi yerlərdə isə sərt iqlim şəraitinə malik olması bu proseslərin qısa müddətə tamamlanmasında çətinlik yaradır. Kəlbəcərin yüksək dağlıq ərazilərində hazırda 1 metrə yaxın qalın qar qatı olan ərazilərimiz işğaldan azad olunub. Həmin yerlərdə dərin buz qatı altında olan minaların aşkarlanması heç də asan bir məsələ deyil. Odur ki, vətəndaşlarımız da rəsmi orqanların çağırışlarına əməl etməlidir. O yerləri ziyarət etməkdən çəkinməlidirlər. Ümumilikdə isə dövlətimiz minatəmizləmə işlərinin ən qısa müddətdə yekunlaşması və əhalimizin ata–baba yurdlarına qayıtması üçün əlindən gələni edir".

Xatırladaq ki, Prezident İlham Əliyev də Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüsal Süleymanovu qəbul edərkən sözügedən məsələylə bağlı vətəndaşlara müraciət etmişdi. O bildirmişdi ki, azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir: "Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”./qafqazinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar