Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"SMS" icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA

Tarix: 19-12-2020 17:09     Baxış: 3112 A- / A+
"SMS" icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA


Azərbaycanda "sms icazə" bildiyimiz kimi 3 saatlıq müddəti əhatə edir. Operativ Qrargahın təsdiqlədiyi karantin qaydalalarında insanlar tibbi, ərzaq ehtiyaclarını və s. bu müddətdə etməlidirlər. Çox vaxtı ayrılmış bu vaxt heç kimə bəs etmir. Bunu demək üçün avtobus dayanacaqlarına baxmaq kifayətdir. Yəni mənzil başına çatmaq üçün saatlarla dayanacaqda gözləmək və ünvana çatmaq ayrılmış həmin saata bəs edir.


"Sms icazə" nin saatının artırılacağı müzakirə mövzusudur. Yəni bu müddət 4 saatı əhatə edə bilərmi?

Manevr.az
bildirir ki, bununla bağlı deputat Fazil Mustafa sonxeber.az-a danışıb:

"Bu məsələlərlə bağlı səsləndirdiyimiz təklifləri nə dinləyən, nə də əhəmiyət verən var. Ona görə də bu məsələ ilə bağlı fikir söyləməyi də doğru hesab etmirəm. Biz deputat olaraq təkliflərimizi səsləndirib, veririk. Düşünürük ki, yalnız cərimələri artırmaqla məsələ həll olunmaz. Vətəndaşıların bütün kateqoriyasını düşünmək lazımdı. Bü gün kiminsə işlətdiyi mağazaya 3 saat müddətində müştəri daxil ola, ya olmaya. Bunu bağlamağın nə əhəmiyyəti var?

Sms icazənin 4 saat olması məsələsi bir az əsaslandırılmış məsələdir. Avtobus gözləmək, postlardan keçmək xeyli vaxt aparır. Bizdə ictimai nəqliyyat və başqa sektorlar elə də mükəmməl vəziyyətdə deyil ki, vətəndaşın Avropada olduğu kimi hansısa vaxt müddətində harasa çatmasını təmin etsin. Hər halda müəyyən məhdudiyyətlər lazımdır, amma bu məhdudiyyət ciddi şəkildə düşünülməlidir ki, insanlar yoxsullaşmasın. Fərdi qaydada çalışan yüzlərlə insan var. Onlar bir gün işləməyəndə və evinə çörək apara bilməyəndə ona sosial müavinət da verilmir. Nəticədə, bu adam ac qalmalıdır. İnsan da ac qalanda xəstələnir.

Mürəkkəb məsələdir. Məsələnin sistemli, daha oturuşmuş qaydada tətbiq edilməsi ənənəsi hiss olunmur. Belə olsaydı, cəmiyyətdən gələn təklifləri diqqətlə izləyib, qərarlar verərdilər. Optimal qərarların verilməsi lazımdır ki, əhali həm virusdan qorunsun, həm də maddi cəhətdən yoxsullaşmasın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar