Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

B

Tarix: 24-11-2020 19:26     Baxış: 136 A- / A+
Artıq 28 ilə yaxın idi ki, Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli qətnaməsi var. Yekdilliklə qəbul edilmiş 822 saylı qətnamədə Kəlbəcərlə bağlı tələb irəli sürülüb. Düşmən dövlət qətnamənin tələblərinə əməl etməmiş, əksinə işğalçı əməllərini daha da genişləndirmişdir. Bu səbəbdən 28 ilə yaxındır Kəlbəcər əhalisi respublikanın müxtəlif bölgələrinə səpələnib, didərgin ömrü yaşayır. Bu müddət ərzində Kəlbəcərdə qeyri-qanuni məskunlaşma aparan işğalıç dövlət oranın yeraltı, yerüstü sərvətlərini talayıb, təbiətinə olmazın ziyan vurub. Bu cinayətkar əməlinə görə Ermənistan hökuməti beynəlxalq hüquq qarşısında mütləq cavab verməli, Kəlbəcər əhalisinə dəyən maddi ziyanı ödəməlidir.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu qətiyyətli əks-hücuma keçdi. Vətən müharibəsi başladı və 44 gün davam edən müharibə qələbəmizlə başa çatdı. Düşmən kapitulyasiyaya məcbur edildi. Nəticədə 10 Noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin tərəfindən üçtərəfli bəyanat imzalandı. Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır. Sonda tarixi ədalət zəfər çaldı. Ulu Kəlbəcər yurdu artıq müzəffər ordumuzun nəzarətindədir. Biz tezliklə ora dönəcəyik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar