Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

t

Tarix: 26-10-2020 21:42     Baxış: 144 A- / A+
Qardaş ölkə olaraq Türkiyənin mənəvi dəstəyini hiss etmişik. (haqlı davamızda qardaş Türkiyənin yanımızda olması danılmazdı, bu həm də qardaşlıq diqqətidi .Ermənistanın dövlət səviyyəsində terror aktları törətməsi, bunu dəstəkləməsi artıq dünyaya bəllidi. Dinc əhaliyə qarşı vəhşilik, terrorçuluq... Bu barədə Türkiyə mətbuatında qədərincə verilir işıqlandırılır. Bu günlərdə bir qrup media nümayəndəsi Gəncədə oldu. Erməni vəhşiliyinin dinc əhaliyə qarşı törətdiyi terrorun şahidi olmaq üçün hadisə yerində oldular. "Təqvim" qəzetinin köşə yazarı Ekrem Kızıltaşın fikirlərini öyrəndik. )

- Ekrem bey Türkiyə bu haqlı davamızda yanımızda oldu, bizə mənəvi dəstəyini əsirgəmədi. Cəbhə bölgəsində gedən döyüşlərdə və ermeni terroru barədə kifayət qədər yer verildi. Bu barədə sizin də fikrinizi bilmək yerinə düşərdi.

Bu gün Türkiyə mətbuatı Azərbaycan gerçəkliyini dünyaya çatdırmaqda əlindən gələni edir. Erməni terrorçularının Gəncədə törətdiklərini gözlərinizlə gördünüz. Bu barədə fikirlərinizi bilmək istərdim.

Bu cür saldırıları televiziyadan izləmək, qəzetdən oxumaq, radiodan dinləmək şox fərqlidi. Yaşanan vəhşəti yerində görmək isə tamam fərqli bir mənzərədir. Bunları görəndə tüklərim biz-biz oldu. Bir vaxtlar burada yüzlərlə insan xoşbəxt yaşayırdı. Bir düymə basılmaqla neçə-neçə insan həyatını itirir, yaralanır, həyatları alt-üst olur. Bunların arasında məktəbə gedən uşaqlar da vardı. Birdən hər şey darmadağın olur. Müharibə qanunlarına görə dinc əhaliyə, çocuqlara, qadınlara toxunulmamalıdı. Ermənistanın bu hərəkəti alçaqlıq, alçaqlıqdan da ötə bir addımdır. Demək olar ki, Türkiyə Azərbaycanın haqlı davasında həmişə onun yanındadır. Deyildiyi kimi biz bir millət, iki dövlətik. Bir sözlə Türkiyə hər sahədə azərbaycanlı qardaşlarına kömək etməyə hazırdı. Siz də dediyiniz kimi Türkiyə mediyası Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında fəallıq göstərir. İnanıram ki, Azərbaycan Dağlıq Qarabağda öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək.
Ermənilər işğal etdiyi ərazidə neçə illər ərzində heç bir iş görməyiblər, sadəcə bu ərazini əllərində saxlamağa çalışıblar. Demək bir gün bu yerlərinin əsil sahibinə qaytarılacağını bilirlərmiş. O gün inşallah gəlmişdi. Azərbaycanın tezliklə qələbə çalacağına inanıram.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar