Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

e

Tarix: 26-10-2020 17:12     Baxış: 150 A- / A+
QISA TANITMA:
Namiq Dəlidağlı 01 noyabr 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.

Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.


Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan” və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir çox şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeir kitablarının müəllifidir. “Əllidə ələnənlər” adlı növbəti şeirlər kitabı çapdadı.


Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan, imzası yetərincə tanınan Namiq Dəlidağlı Qarabağ ağrılı, vətən sevdalı, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkələrin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırır.


Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb.

Namiq Dəlidağlı hazırda “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə birillik Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar