Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

n

Tarix: 18-10-2020 10:13     Baxış: 105 A- / A+
-Namiq Dəlidağlı kimdir?

-Artıq ömrünün 50 ilini geridə qoyan, əli doğulduğu yur-yuvaya uzalı qalan, ancaq tezliklə geriyə dönəcəyinə ümid edən, bütün ruhu sözə köklənən, olduğu kimi görünən, sevinci ilə nifrətini gizlədə bilməyən bir adam…

-50 ildə qazandığınız ən böyük uğur və uğursuzluq nədir?

- Həyatımda elə böyük uğursuzluqlara "imza" atmışam ki, uğurlarımı sadalamağa üzüm yoxdu. Ancaq əldə etdiklərim, qazandıqlarım da az deyil. Ən şox məyus olduğum isə yurd yerlərimizin işğalda olması, tələbə qardaşım oğlunun vaxtsız itkisi, "Kəlbəcər" deyə-deyə anamın dünyasını dəyişməsi və s....Həyat davam edir. Qarşıda hədəflər var, görmək istədiyim, arzuladığım xoş məqamlar var. Bu həm yaradıcılığıma, həm də milli kimliyimizə, Turan ellərinin bütövlüyünə aiddi....

-Ən dəyərli xatirəniz hansıdır?

- Kəlbəcərli günlərimin hamısı bir xatirə arxividi. Və hər anı mənim üçün əzizdi. Eləcə də atalı-analı günlərim, uşaqlıq və gənclik illərim. Heyif ki, xatirələri təzədən yaşamaq olmur. Elə xatirə olaraq xatırlanır.

-Sizin üçün daha vacib nədir, maddiyyat, yoxsa mənəviyyət?

- Sözsüz ki, mənəviyyat. Ancaq həyatımızda maddiyyət də vacib amildi. Canlı olduğumuza görə, maddi ehtiyacımız da var. Amma maddi qazancımız mənəvi itkilərimiz, məddahlıq, yaltaqlıq bahasına başa gəlməməlidi.

-Yarıməsirlik həyat təcrübəniz nələri öyrədib?

-Həyat özü bir məktəbdi…Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım…Öyrəndiklərim, hələ də öyrənəcəklərim çoxdu. Ancaq nələri öyrəndiyimi konkret deyə bilmərəm...

-İndidən belə ömür möhlətindən Tanrıdan nələri dinlərdiniz?

- Tanrıdan diləyəcəklərim çoxdu. Hələlik isə Bütöv Azərbaycanı görmək, Qarabağın, Kəlbəcərin, bütün işğal edilmiş torpaqlarımızın azad olunmasın diləyirəm...

- Qələm dostlarınızın sizə xüsusi rəğbəti var. Bunun sirri nədir?

-Hamı üçün yaxşı olmaq mümkün deyil. Kimsə belə görünürsə, o yaxşı adam ola bilməz. Ancaq söhbət qələm dostlarımdan və onların rəğbətindən gedirsə, nə xoş mənim halıma. Əgər bunun adı sirdisə, açılmasa yaxşıdı...

-Nə vaxtdan şeir yazsırsınız?

-Erkən yaşlarımdan yazıram. Buna əslində yazmaq yox, bəlkə də yamsılamaq desəm, daha doğru olar. Orta məktəbin aşağı sinifində oxuyandan şeir və məqalələrim Kəlbəcərdə çıxan "Yenilik" rayon qəzetində çap olunub.

-Bəlkə söhbətimizi bir şeirinizlə davam edək? (sonuncu düzəliş)

***

Namiq Dəlidağlı 01 noyabr (29 sentyabr) 1970-ci ildə Kəlbəcər rayo-nunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.

Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.

Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan” və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeir kitablarının müəllifidir.

Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan, imzası yetərincə tanınan və qəbul olunan Namiq Dəlidağlı Qarabağ ağrılı, vətən sevdalı, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı sanballı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkələrin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya satdırır. Azərbaycan

Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb.

Namiq Dəlidağlı hazırda “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə birillik Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar