Xəbər lenti
D

Tam bir il əvvəl təqvimin bu günündə biz bir yola başladıq. Bəlli məqsədimiz, aşkar məramımızla məsuliyyəti, ağırlığı adına tən bir ucalığı yaşatmaq, unudulmağa qoymamaq üçün çıxdıq bu yola. Əslində fəaliyyətimizin yaşı daha çox olsa da sayt olaraq 1 yaşımızı qeyd edirik. Bəli, “Dəlidağ” Ədəbi Birliyindən başlanan müqəddəs işimizi, daha doğrusu borcumuzu, missiyamızı daha geniş arenada işıqlandırmaq,təbliğ etmək üçün eyniadlı sayt yaratmaq istəyimizi ideyadan reallığa qovuşdurduq.
Ucalıq rəmzi Dəlidağı ad seçməyimiz təsadüfü deyil. Bu adın böyüklüyü, əzəməti müqəddəs missiyamızın stimul və dayaq mənbəyi, söykənəcəyidir. Dəlidağ adının bizə bəxş etdiyi güc və yorulmazlıq əzmi ilə ümumilikdə Azərbaycanımızın, əsasən də Kəlbəcər adlı yurd yerimizin tarixini, mədəniyyətini, ədəbiyyatını təbliğ etmək idi məqsəd-məramımız. Qarşımıza qoyduğumuz missiya və həyata keçirmək istədiyimiz ideyalar zəminində bacardığımızı etdik. Və dağ adına sadiq qalaraq Dəlidağ öz ucalığını qoruyub saxlaya bildi.
1 il ərzində Dəlidağ.az özü boyda bir yük götürdü çiyinlərinə, müqəddəs bir missiyanın həyata keçməsinə nail oldu. Kəlbəcərə məxsus adət-ənənələrin əks olunduğu müxtəlif yazılar da daxil olmaqla, əsir yurdun təbiəti,mədəniyyəti, ədəbiyyatı haqqında çoxsaylı mətnlərə yer ayırdı səhifələrində. Kəlbəcərin ziyalıları, yazıçıları və digər, sənət, peşə sahibləri də Dəlidağ.az-ın diqqətindən kənarda qalmadı.Kəlbəcərin İstər həyatda olan, istərsə də dünyasını dəyişmiş qələm əhli, elm adamları, mədəniyyət sahəsində əməyi olan insanları, siyasi arenada mövqe tutmuş dövlət xadimləri, vətən uğrunda canlarından keçən şəhidləri saytımızın səhifələrində yer aldı, xatırlandı, yada salındı…
Təbii ki, fəaliyyətimiz təkcə bununla yekunlaşmayıb. İstər seçki ərəfəsində, istərsə də seçkidən sonrakı dövrdə hadisələrdən kənarda qalmadıq. Eyni zamanda hər hansı bir problemlə qarşılaşan kəlbəcərlimizin problemlərinin ictimailəşdirilib həll edilməsində, yoluna qoyulmasında Dəlidağ.az olaraq yaxından iştirak etdik. Bir illik fəaliyyət yolumuza, gördüyümüz işlərə nəzər saldıqca boşuna əmək sərf etmədiyimizin şahidi oluruq. Bunu həm də məramımıza çatmaq istiqamətində müəyyən mənada uğur adlandırmaq olar. Bütün sadaladıqlarımız onu göstərir ki, Dəlidag.az yaşamalı və üzərinə düşən bu işləri bundan sonra da yerinə yetirməlidir.
Bir il ərzində çətin və məsuliyyətli yolda bizimlə bir addımlayan, əməkdaşlıq edən bütün dostlarımıza dərindən təşəkkür edirik. Dəyərli jurnalistimiz Məhəmməd Nərimanoğluna, şair-tədqiqatçı Yusif Hüseynə və bizimlə yaxından əməkdaşlıq edən digər dostlarımıza çox sağ ol deyirik ki, Dəlidağın yaşamasında, oxunaqlı olmasında, tariximizin əbədiliəşdirilməsində onların da böyük rolu oldu. Və inanırıq ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək.
Şair Qurban dəryasından su içən, Dədə Şəmşir ocağından köz götürən, Məmməd Aslan sözündən şirə çəkən, Ənvər Rza poeziyasından dadan, Bəhmən şeiriyyətinə üz tutan, Sücaət yaradıcılığından bəhrələnən Dəlidağ bundan sonra da bənzərsiz poeziya nümunələri ilə oxucularının zövqünü oxşayacaq. Bir illik fəaliyyət dövrümüzdə olduğu kimi, yenə yeni nəsil Kəlbəcər şairlərindən, Yusif Hüseyn, Xəqani Həbiboğlu, Namiq Dəlidağlı, Elşən Əzim, Ələmdar Cabbarlı, Əlövsət Saldaş, Nuridə Misir və digərləri səhifələrimizdə yer alacaq.
Dəlidağ.az vətənimizin dilbər guşəsi Kəlbəcərimizin zəngin təbiəti, adət-ənənələri, eləcə də arif, aqil insanlarının yaradıcılığı, deyimləri, barədə yazılara bundan sonra da öz səhifəsində geniş yer verəcək. Bu bir il ərzində bacardığımızı etdik, xidmətimizin davamı olaraq, bütün failiyyətimizi genişləndirib, növbəti illərdə də yorulmadan çalışmaqdır məqsədimiz.
Təssüflər olsun ki, bu gün mənən əzəmətinə, vüqarına söykəndiyimiz Dəlidağ adlı dağımız girovluqdadı, düşmən nəzarətindədi. Bu ad bizim üçün çox müqəddəsdi və inşallah tezliklə hələki ruhumuzun, xəyallarımızın zirvəsində dolaşdığı, vüqarıyla, əzəmətiylə yolumuzu gözləyən Dəlidağımıza qovuşacağıq.
Son günlər cəbhədə baş verən hadisələr, ordumuzun zəfər yürüşü arzumuzun gözlədiyimizdən də tez gerçəkləşəcəyinə əminlik yaradır.
1) "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi. Dəyərli alimlərimiz ilham Məmmədli, Ramiz Nəcəfli, vəkil Əziz Qənbər, ictimai fəal Ramiz Abışov. Qarabağ qazisi Elşad Kəlbəcərli...onlarla digər həmyerlimiz.....
Sözü Dəlidağ ucalığı qədər......Namiq Dəlidağlı. Təmannasız, öz işinə məsuliyyətlə yanaşan. Seçki ərəfəsində kəlbəcərli namizədlərə təbliğatları üçün təmannasız imkan yaradan....
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar