Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

e

Tarix: 27-09-2020 00:17     Baxış: 115 A- / A+

" Hörmətli Cənab Prezident !
Bu müraciətimdə məqsədim qəlbimin necə ağır möhnət içində olduğunu bildirməkdir. 6 ildir ki, girovluqda qalmış atam Dilqəm Əsgərova qovuşmaq həsrəti ilə yaşayırıq, bu ayrılıq uzandıqca bizim qəlbimiz daha da kövrəlir, bir daha onu görmək bizə nəsib olub olmayacağını bilmirik. Qeyd edirəm ki, girovluqda olan atamın və soydaşımız Şahbaz Quliyevin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün Azərbaycan xalqının layiqli övladı Eldar Həsənov daim mübarizə aparmış bizlərə hər an diqqət gösdərmişdir. Eldar Həsənov beynəlxalq ictimaiyyəti ermənistana ciddi təzyiq göstərməyə çağırmış, onların azad edilməsini hər an diqqət mərkəzində saxlamışdır.
Bu gün belə vətənpərvər həmişə Azərbaycan dövlətçiliyinin keşiyində dayanmış Eldar Həsənovun həbs edilməsi məni olduqca sarsıtmışdır. Həmişə xeyirxah
əməlləri ilə insanlara yardım edən, onlara dəsdək olan Eldar Həsənovun bu gün barmaqlıqlar arxasında qalması atamın girovluq taleyini mənə xatırladır. Mən isdəmirəm ki, belə bir vətən övladı doğma Azərbaycanın girovuna çevrilsin, onun övladları, doğmaları biz çekən həsrəti, acını çəksin. Belə bir haqsızlığa əminəm ki, Hörmətli Prezidentimiz qətiyyən yol verməyəcəkdir.
Hörmətli Prezident !
Artıq dərəcədə sizdən xahiş edirəm Eldar Həsənovun həmişə girovlarla onların ailələrinin taleyi ilə maraqlandığını, onlara mənəvi dəsdək olduğunu, habelə hazırda onun ağır xəstə olduğunu nəzərə alıb barəsində olan həbs qəti imkan tədbirinin ləğv edilməsinə köməklik göstərəsiniz.
Hörmətli Cənab Prezident
Mən əminəm ki, Eldar Həsənovun Azərbaycan dövlətinə 40 ildən artıq sədaqətlə xidmət etdiyini, habelə onun oktyabr ayında 65 yaşının tamam olacağını nəzərə alıb ,onun istintaq ərəfəsində ən azı ev dustağına buraxılmasına yardım göstərəcəksiniz.

Hörmətlə Kürdoğlu Əsgerov Dilqəm Əsgərovun oğlu ."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar