Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlı və ermənilər arasında mübahisə olub

Tarix: 19-07-2020 17:46     Baxış: 8156 A- / A+
Gürcüstanda azərbaycanlı və ermənilər arasında mübahisə olub


Gürcüstanın Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə yaşanıb.

Manevr.az “report”-a istinadən xəbər verir ki, hadisə ötən gün ali məktəbin həyətində baş verib.

İnsidentə son günlər Azərbaycan-Ermənistan sərhədindəki gərginlik səbəb olub.

Polisin müdaxiləsi nəticəsində gənclər arasında mübahisə fiziki qarşıdurmaya keçməyib.

Universitetin rektoru Maka Beridze yerli mətbuata faktı təsdiqləyib. Onun sözlərinə görə, tələbələr arasında qarşıdurma ciddi olmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni insident kimi qeydə almayıb.

Mübahisədə iştirak edən azərbaycanlı gənclər Axıska türkləri olan Azərbaycan vətəndaşlarıdır.

Ali məktəbin tələbəsi olan 18 Azərbaycan vətəndaşı artıq Tbilisiyə təxliyə olunub və hostelə yerləşdirlib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar