Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Eşq olsun, Azərbaycan Ordusuna!" - mədəniyyət kollektivi orduya dəsdək oldu

Tarix: 18-07-2020 22:01     Baxış: 119 A- / A+
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən vətəndaşlar bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin, qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək, könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzi və onun tabe müəssisələrinin kollektivi də bu çağırışa qoşularaq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sabirabad rayon şöbəsinə yollanaraq qeydiyyata alınıblar. Sabirabad rayon Mədəniyyət Mərkəzinin rejissoru Seyidməmməd Əliyev və Qarabağ müharibəsi veteranları I qrup əlil Vidadi Güləliyev, II qrup əlil Vəfadar Cəfərov və II qrup əlil Xəyal Əliyev kollektiv qarşısında çıxış edərək, vətənpərvərliyin, milli mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biri olduğunu və igid, mərd oğullarımızın Aprel döyüşlərində Lələtəpəyə, Bayraqtəpəyə sancılan üçrəngli bayrağımızı Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracağına əminliklərini bildirmiş, Azərbaycanın müzəffər ordusunun düşmənlərlə apardığı müqəddəs mübarizədə qalib gələcəyini, işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan hazır olduğumuzu vurğulamışlar. Sonda “Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” kimi şüarlar səsləndirilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar