Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hamıya pay verib ömründən bir az, məndədir, səndədir müəllim ömrü...

Tarix: 01-03-2020 15:53     Baxış: 2116 A- / A+

Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.

Belə bir müəllim ömrünü yaşayan, şagirdlərin qəlbində əbədi həkk olunan, nəsillərin elinin-obasının gözündə daim yüksələn , biliyini, bacarığını şagirdlərin maariflənməsinə, el-obasının tərəqqisinə, inkişaf etməsinə sərf edən müəllimlərdən biri də ömrünün 40 ildən çoxunu şagirdlərə qələm tutmağı öyrədən Ağcabədi şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Tahirə Qəzənfər qızı Qasımovadır.

Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir?" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır". Tahirə Qasımova belə müəllimlərdəndir.

Tahirə xanım 1958-ci ildə Ağcabədi rayonunda dünyaya gəlib. O, 1973-cü ildə orta məktəbi bitirərək Şuşa Pedaqoji Texnikumuna daxil olub. Texnikumu əla qiymətlərlə başa vurduqdan sonra bir vaxtlar oxuduğu doğma 1 saylı orta məktəbdə ibtidai-sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunda ali təhsilini başa vurub. Nümunə ola biləcək , zəngin sinif otağı təşkil edib. Məktəbin ictimai işlərində, tədbirlərdə təşkilatçılıq bacarığı, fədakarlığı ilə fərqlənib.

Mən işimlə bağlı tez-tez şəhər 1 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirlətdə iştirak edirəm. Sonuncu dəfə Xocalı soyqırımının 28-ci ildönümü günü münasibətilə Tahirə xanımın təşkil etdiyi tədbirdə oldum. Tədbirdən əvvəl onunla bir neçə dəqiqə söhbət etdik. O, söhbət zamanı qeyd etdi ki, “Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl, tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.

İbtidai sinif müəllimi olduqca çətin və məsuliyyətli peşədir. Sən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalısan. Onları hər yöndən tanımağa çalışmalısan. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Artıq ikinci sinifdə hər bir uşağı kəşf etmək mümkündür. Hər gün dərsdən sonra şagirdlərim haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.

Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.

Hər bir şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.“

Bu sözləri onun dilindən eşidəndə ona qarşı rəğbətim daha da artdı və qərara aldım ki, qəzetimizin növbəti nömrəsində Tahirə müəllimə haqqında öz ürək sözlərimi yazım.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar