Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev islahatlara başlayır – Bu ştatlar ləğv edilir

Tarix: 26-12-2019 13:36     Baxış: 2258 A- / A+
Ramiz Mehdiyev islahatlara başlayır – Bu ştatlar ləğv edilir


AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

Manevr.az xəbər verir ki. bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.

Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: “Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.

İ.Həbibbəyli əlavə edib ki, AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında elmi müəssisələrin birləşdirilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayacaq: “Bu yığıncaq akademiyanın Rəyasət Heyətinin təşkilati strukturunda islahatların aparılması ilə bağlı problemləri həll edəcək. Bu yığıncaqda əslində yeni tipli Rəyasət Heyətinin formalaşdırılması və onun işinin stimullaşdırılması istiqamətində qərarlar qəbul ediləcək. Bu isə akademiyanın tarixində yeni bir mərhələnin başlaması deməkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar