Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Onlar toyxana mafiyasının ciblərini doldurur – Millət vəkili

Tarix: 08-12-2019 13:54     Baxış: 3190 A- / A+
Onlar toyxana mafiyasının ciblərini doldurur – Millət vəkili

Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə-bozbaş yeyə bilməzsiniz. Onun dalınca nəcə başqa bir xörək yemək günahdır.

Manevr.az xəbər verir ki, bu sözləri deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı yazıb.

"Sözümün canı var. Mənə dedilər ki, Qobuda bu gün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi. Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər.... Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə, düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların şadlıq evlərində də yerin-stulun biri 100-200 manat arasında. İnsan də özü-özünə belə zülm eləyər? Verilən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə, nə vardı ki!"

S.Rüstəmxanlı indiki toy sahiblərinin toyxana mafiyasının ciblərini doldurduğunu bildirib:

"Qazan, doldur toyxana mafiyasının ciblərini... Bu mafiyanı və yabançı adlar daşıyan şadlıq saraylarını boykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar