Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parlamentin iclasında millət vəkili sevgilisinə evlənmə təklif edib

Tarix: 29-11-2019 09:22     Baxış: 4101 A- / A+
Parlamentin iclasında millət vəkili sevgilisinə evlənmə təklif edib


İtaliya parlamentinin noyabrın 28-də keçirilən iclasında çıxış üçün söz alan millət vəkili Flavio Di Muro sevgilisinə evlənmə təklif edib. Videokamera görüntülərində Elisa adlı qızın təklifə nə cavab verdiyi başa düşülmür. Lakin İtaliya mətbuatı onun evlənməyə razı olduğunu yazıb.

Manevr.az Azərtac-a istinadən bildirir ki, LİG müxalifət partiyasının təmsilçisi olan Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirə olunduğu iclasda qəfildən söz alıb. "Bu gün mənim üçün çox əlamətdardır", -deyən millət vəkili nişan üzüyünü çıxarıb və əlavə edib: "Hörmətli məclis sədri, icazə verin sizə deyil, ziyarətçi sıralarına müraciət edim. Elisa, mənimlə evlənməyə razısan?".

Həmkarları Flavionu alqışlarla təbrik ediblər, amma spiker Roberto Fiko narazılığını bildirib: "Hörmətli deputat Di Muro, hər şeyi başa düşürəm, amma parlamentdə çıxışdan bu məqsədlə istifadə etmək çox uyğunsuzdur", -deyə o əlavə edib.

Lakin spikerdən sonra çıxış edən qadın deputat Stefania Pezzopane təbriklərə qoşularaq bildirib ki, parlamentin iclasına "eşq möhürünün" vurulması onu olduqca məmnun edib.

Sosial mediada isə millət vəkilinin zəlzələnin fəsadları kimi ciddi məsələnin müzakirəsində evlənmə məsələsini gündəmə gətirməsi etirazlara səbəb olub. Bəzi statuslarda Di Muronun bu jestinin qanunverici orqana hörmətsizlik olduğu, İtaliya parlamentinin televiziya şousuna çevrildiyi yazılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar