Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

[color=#FF0000]Manevr.az[/color]

Tarix: 21-11-2019 12:37     Baxış: 3134 A- / A+
<!--colorstart:#FF0000--><span style=Manevr.az" title="Manevr.az" />


"10 saylı Qadın Məsləhətxanasında hamilə qadından qeydiyyata görə 50 manat " ödəniş " tələb edilib. Pulu ödəmədikdə isə onunla təhqiramiz danışılıb".
Bununla bağlı Sonxeber.az- şikayət daxil olub. Aygün Əlizadə adlı qadın şikayət edərək hamilə kimi qeydiyyata düşmək üçün ondan pul tələb edildiyini deyib
. Onun sözlərinə görə müraciət etdiyi 10 saylı Qadın Məsləhətxanasında ondan tələb edilən analizlərin artıq başqa klinikada etdirdiyini və surətinin özündə olduğunu bildirib. Bunu görən Məsləhətxananın işçiləri ondan "50 manat hörmət et, qeydiyyata götürək" deyiblər. Şikayətçi qeyd edir ki, etirazını bildirəndə onu yaşadığı ünvanla bağlı olaraq bəhanə kimi get- gələ saldıqlarını, həkimin növbədənkənar şəxsləri qəbuluna götürdüklərini deyib.
Şikayətçi həmçinin mama- ginekoloq Məlahət Kəlbiyeva və onun tibb bacısının ona qarşı mədəniyyətsiz hərəkətlər etdiklərini, həmçinin haqqını tələb edən zaman onunla işçilərin təhqirlə danışdığını da açıqlayıb.
Şikayətlə bağlı 10 saylı Qadın Məsləhətxanası ilə əlaqə saxladıq. Mama- ginekoloq Məlahət Kəlbiyeva şikayətlə bağlı suallarımızı cavablandırıb:
" Mən otuz ildir ki, burda işləyirəm. Aygün Əlizadə bizə müraciət edib və o"Turan" kilinikasında Reyhan həkimin nəzarətindədir. O, 12 həftəlik hamilə idi və əlində bütün kağızlarla gəldi. İnanırsız, ümumiyyətlə burada pul söhbəti olmayıb. Üzr istəyirəm, çox mədəniyyətsiz bir qızdır. Mən hamının yerinə and içərəm ki, o qızın oturuşunu- duruşunu görsəniz özünüz qərar verərsiniz ki, o necə vəziyyətdədir. O hələ gəlib qeydiyyata durmayıb, kart açılmayıb. Kim ondan pul istəyə bilər? Birinci dəfə gəlib, biz onu qaytarmışıq. Çünki, akuşer-mamaça gedib onu yoxlmalıdır ki, görək həqiqətənmi o qeyd etdiyi ünvanda yaşayır ya deyil. Aygün ayın 13 - ü bizə müraciət edib. Akuşer- mamaça həmin gün deyilən ünvanı tapıb. Müəyyən edilib ki, müraciət edən şəxs həmin ünvanda yaşayır. Ondan sonra Aygün gəlmədi. İki dəfə akuşer- mamaça zəng vurdu ki, gəl, uçota dur . Nəhayət, dünən günortadan sonra ikinci növbədə gəlib "niyə növbəsiz qəbul edirsiz?" deyərək dəhlizdə qışqırıb. Halbuki o xəstənin ona aidiyyatı yoxdur. Qəbul olunan otaqda olan xəstənin birinə həmin vaxtı akuşer-mamaça kresloda baxırdı, digər bir xəstə də mənim qəbulumda idi, müayiə edirdim. Aygünə deyildi ki, bu biri xəstə çıxandan sonra gələrsən".
Mama- ginekoloq deyib ki, onun haqqında məlumat artıq aktlaşdırılmış. Bu gün baş həkim Gülnarə xanıma onun barəsində məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar