Xəbər lenti
Azərbaycanda kişi həkimlərin sayı azalıb

Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.
Manevr.az Trend-ə istinadən bildirir ki, ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb. 2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür.
2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. Belə ki, 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-i kişi olub.
2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































