Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Özüm özümə nifrət edirəm ki…” – Mənsimov Şok video paylaşdı

Tarix: 17-09-2019 08:36     Baxış: 375 A- / A+
“Özüm özümə nifrət edirəm ki…” – Mənsimov Şok video paylaşdı

Palmali Holdinqin prezidenti Mübariz Mənsimov sosial şəbəkədə video paylaşıb və Azərbaycanda yol təsərrüfatı ilə məşğul olan qurumları tənqid edib.

Manevr.az bildirir ki, sözügedən video gəlinggətirdi mərasimindən çəkilib və yollar o qədər bərbad durumdadır ki, bəy gəlin maşını, onu müşayət edənlərin hamısı nəqliyyat kimi yük maşınlarından istifadə etməyə məcbur olublar. M. Mənsimov yazır:

“Bu videonu bir dostum mənə göndərdi. Bura Azərbaycanın cənub bölgəsi, Astaradır. Bu videoya baxdıqca, özüm özümə nifrət edirəm ki, biz hansı dövrdə yaşayırıq?

Bu gəlin karvanı Astaranın kəndlərinin birində çəkilib. Bu mənzərə Masallıda da var, Azərbaycanın başqa rayonlarda da.

Həqiqətən utanmırsınız?! Yol axı həm də mədəniyyətdir! Yox utanmırsız, mədəniyyətiniz yoxdur! Çünki siz mədəniyyəti mədə niyyətinizlə ölçürsünüz. Başınız xarici səfərlərə, butik və ya 7 ulduzlu otellərə o qədər qarışıb ki, özünüzə əziyyət verib buralara gələ bilmirsiz. Bura gəlmək ayıbdır sizin üçün.

Öz imarətləriniz orada olsaydı əminəm ki, istər kənd olsun, istər mərkəz yol şüşə kimi olardı. Yol nədi, hələ ətrafında bütün infrastrukturlar da...

Hə, həm də orada axı lovğalana bilməyəcəksiniz. Nə siz, nə də sizin ailələriniz. Buranın havası başqadır! Sizin oynadığınız hava başqa. O qulaqardı etdiyiniz sərəncamlardan ayrılan pullar da havada. Bir gün gələcək siz məmurlar özünüz də havada qalacaqsız, buna əmin olun. Onda görüm xalqın qarşısında nə cavab verəcəksiniz? Hanı o bölgəyə baxan məmurlar? Bölgədən seçilən millət vəkilləri? Yola nəzarət edən departamentlər? Aldığınız rüşvət və oğurladığınız xalqın pulları boğazınızda qalacaq. Buna son qoyulmalıdır!

Rüşvət alan məmur ya edam ya da ömürlük həbs cəzası almalıdır. Və ailələri heç bir zaman dövlət işinde vəzifə almamalıdır!

Adım kimi əminəm ki, bu cəzalardan sonra rüşvətə son qoyular. Yolunuza baxın! Yolçu olmayın!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar