Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ilin ən yaşlı tələbəsi - Onun 54 yaşı var - VİDEO

Tarix: 21-08-2019 20:58     Baxış: 4218 A- / A+
Bu ilin ən yaşlı tələbəsi - Onun 54 yaşı var - VİDEO


Bu ilin ən yaşlı tələbəsi yenə Ağcabədi rayon sakini olub. On ildən çoxdur ki, hər il ali məktəbə qəbul olan Kərəm Süleymanov bu dəfə isə Bakı Dövlət Universitetinə qəbul olub. Onun yaşlı olmasına baxmayaraq, hər il qəbul imtahanlarında iştirak etməsinin maraqlı səbəbi var.

Müəllim özü həm şagirdləri ilə, həm də övladları ilə qəbul imtahanlarında yarışır.

Ağcabədi rayon, Sarıcalı kənd sakini 54 yaşlı Kərəm Süleymanov sonradan təhsilini davam etdirməsə də, 10 ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olur. Kərəm Süleymanov deyir ki, bu müddət ərzində həm hazırlaşdırdığı şagirdlərlə, həm də öz qızı ilə birgə qəbul imtahanlarına girib. O, hər il ayrı -ayrı fakultələrə qəbul olraq, bir neçə şagirdindən, ötən il isə qızından yüksək bal toplayıb. Lakin sonradan məyyən səbəblərdən təhsilini davam etdirməyib.

Kərəm Süleymanov 54 yaşı olmasına baxmayaraq bu ildə 531 bal toplayaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub.o deyir ki,bundan sonra da çalışacaq ki, 4 il üzərində işləyərək balaca qızı imtahan verəndə onunla bərabər yarışsın.

Ən maraqlısı budur ki, Kərəm Süleymanov ixtisasca müəllim deyil. Amma "Fizika, "Riyaziyyat" və "Kimya" fənlərindən abituriyent hazırlayır. Özü isə hazırladığı abutiryentlərlə bərabər imtahanlarda iştirak edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar