Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Həsən Cəbrayılov vəfat etdi - ŞƏKİL

Tarix: 31-07-2019 12:48     Baxış: 3299 A- / A+
Həsən Cəbrayılov vəfat etdi - ŞƏKİL

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.

Manevr.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, 1949-cu il təvəllüdlü H.Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.

H.Cəbrayılov Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq. Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.

Qeyd edək ki, mərhum Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AZTV) çalışırdı.
Həsən Cəbrayılov vəfat etdi - ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar