Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Maskalılar azərbaycanlı “avtoritet”in yas mərasiminə BASQIN ETDİ

Tarix: 06-06-2019 18:27     Baxış: 3152 A- / A+
Maskalılar azərbaycanlı “avtoritet”in yas mərasiminə BASQIN ETDİ


Rusiyanın Sverdlovsk vilayətində ötən gün – iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.

Manevr.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun “Komfort” kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd “profilaktik xarakter daşıyırdı”. Onun sözlərinə görə, reydə “Rosqvardiya”nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.

“Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, “Rosqvardiya” və İstintaq Komitəsi”-Qorelıx bildirib.

Məlumata görə saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş pereparatlar aşkar edilməyənlər “profilaktik söhbətdən” sonra buraxılacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar