Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda FİLM KİMİ HADİSƏ: Evdən iş adı ilə çıxan evli kişi sevgilisini öldürüb intihar etdi?

Tarix: 04-06-2019 13:57     Baxış: 3115 A- / A+
Azərbaycanda FİLM KİMİ HADİSƏ: Evdən iş adı ilə çıxan evli kişi sevgilisini öldürüb intihar etdi?


Xəbər verdiyimiz kimi, Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcı Xoşqədəm Hidayətqızına oğlu Abbasov Vasif Əliyəddin oğlunun axtarışı üçün müraciət edən ana oğlunun evdən iş adı ilə çıxıb, qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladığını açıqlayıb.

Manevr.az xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov qeyri-rəsmi münasibətdə olduğu Aygünü avtomobildə bıçaqlayıb. Daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.

V.Abbasovun anası oğlu evdən çıxanda iş dalınca getdiyini dedi:

"Oğlum evdən çıxanda mənə iki nömrə verdi, dedi ki, mənə zəng çatmasa bu nömrələrlə əlaqə saxla. Daha sonra öyrəndik ki, dostları ilə yeyib-içməyə gedib. Axşamüstü isə, oğlum mənə zəng edib dedi ki, "ana, mən Aygünü bıçaqla vurmuşam. Gəlib taparsan məni, Rüstəm səni gətirəcək. Aygün də oğlumun qeyri-rəsmi münasibətdə yaşadığı qadındır. Oğlum dediyi yerə Rüstəmgil məni apardı. Ancaq onun dediyi yerdə nə qan, nə meyit, nədə oğlumu gördük. Oğlum ailədir, yeddi yaşında qızı var. Uşaq atasını istəyib ağlayır".

Daha sonra aparıcı bildirib ki, Aygün kürəyindən bıçaqlanıb:

"Vasifin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Aldığım ilkin məlumata görə, Aygün həqiqətən bıçaqlanıb. Aygün də maşının içərisində olub. Bəlkə də Vasif intihar edib. Bu barədə heç nə deyə bilmərəm. Polis məlumat verəcək. Amma onu deyə bilərəm ki, hər ikisinin cəsədi götürülüb".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar