Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ordumuz İrəvanı silkələdi: Bakı növbəti “Aprel”ə hazırlaşır?

Tarix: 21-05-2019 13:23     Baxış: 2214 A- / A+
Ordumuz İrəvanı silkələdi: Bakı növbəti “Aprel”ə hazırlaşır?


Azərbaycan Ordusunun mart ayından etibarən 3-cü dəfə hərbi təlimlər keçirməsi düşmən ölkədə rezonans doğurub.

Ordumuzun təlimlərinə xüsusi diqqət yetirən erməni mətbuatı Ermənistandakı ictimai narahatlıqla bağlı materiallar hazırlayıb. Azərbaycan Ordusunun mayın 20-dən 24-dək keçirilən təlimlərinə toxunan erməni mətbuatı Ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirildiyi bu təlimlərin növbəti Aprel savaşına hazırlıq olub-olmaması və Ermənistanın bu vəziyyətdə nə etməli olduğu sualına cavab tapmağa çalışıb.

Hərbi ekspert Taron Ovannisyan 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopterimizin təlimə cəlb olunduğunu sadalayaraq, son iki ayda Azərbaycan Ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib.

Ekspert bildirib ki, rəsmi Bakı təlimlərin “əks-hücum” xarakterli olduğunu bəyan etməklə əslində “aqresiyasını” gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir.

Bununla da Ovannisyan əslində Azərbaycan Ordusunun hərbi təlimlərinin miqyası və xarakterinin Ermənistan üçün nə dərəcədə “vahiməli” olduğunu etiraf edib. (axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar