Xəbər lenti
Azərbaycanlı gənc Gürcüstanda seçkinin qalibi oldu

Zaur Darğallı Marneuli meri olacaq
Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermənin ilkin nəticələrinə görə, Marneulidəki mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.
Bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib. “Gürcü Arzusu” partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.
Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.
Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Son illər Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri postunu tuturdu.
Xatırladaq ki, ötən gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilib. Marneuli rayonunda keçirilən mer seçkilərində 15 namizəd mübarizə aparıb.
Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar “ Gürcü arzusu demokratik Gürcüstan” partiyasından Zaur Darğallı, “Vahid Milli Hərəkat ”dan Aqil Mustafayev, “ Təşəbbüs Qrupu”ndan Əli Bədirov və “ Bakradze-Uqulava Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar