Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lotu Quli: “İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…”

Tarix: 14-05-2019 10:03     Baxış: 3134 A- / A+
Lotu Quli: “İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…”


Nüfuzlu kriminal avtoritetlərdən biri, Yekaterinburq və Çelyabinsk bazarlarının kuratoru “Lotu Quli” (Nadir Səlifov) ilə digər “vor zakon” “Edik Osetrin” (Eduard Asatryan) arasında münaqişə güclənib.


Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb keçmiş “vor zakon” “Beso Rustavski”nin (Besik Kvinihidze) Saratov vilayətində öz kriminal nüfuzunu bərpa etməyə cəhd etməsi olub.

Fotoda: Besik Kvinihidze

Qeyd olunur ki, “Edik Osetrin” “Beso”ya bildirib ki, oğruların ona çoxlu sualı var. “Quli” öz növbəsində “Osetrin”lə telefon danışığında ona xatırladıb ki, “Nodar Rustavski” (Asoyan Nodari) iki ildir hər yerdə açıq şəkildə onu “zibil” adlandırır və onun bundan xəbəri olsa da, heç bir reaksiya vermir.

“Və buna baxmayaraq, mən səninlə bərabər olaraq danışıram. Ən yaxşısı, sən ya bunu araşdır, ya da adını çəkmə. Sonda, əgər lazımdırsa, mən özüm görüş təşkil edəcəm, biz oğrular bu məsələyə nöqtə qoyacağıq”, – Səlifov bildirib.

Səlifov onu da deyib ki, əgər “Beso” həqiqqətən də kriminal dünya üçün diqqətəlayiq nəsə edibsə, o zaman ona dostluq əli uzadılmalıdır: “Sualları isə o azadlığa çıxandan sonra vermək olar”.

Sayt yazır ki, Asatryan cavabında deyib ki, onun Kvinihidzenin nailiyyətləri haqda xəbəri yoxdur.

Qeyd edək ki, Kvinihidze 2010-cu ilin əvvəlində “taclandırılıb”. Sonradan peterburqlu oğrular cəmiyyətə guya, aldatma yolu ilə daxil olduğuna görə onu statusdan məhrum ediblər. O, 2006-cı ildə Butırka həbsxanasında döyülüb “obşak”dan çıxarılsa da, bu münaqişədə susmağı seçib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar