Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

M

Tarix: 11-05-2019 13:04     Baxış: 118 A- / A+
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,
UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya

Ə r i z ə

Hörmətli Mehriban xanım, mən, Rzayeva Cəmilə Zakir qızı hal-hazırda bağban işləyirəm, 5 nəfər ailə üzvümüz var. Həyat yoldaşım heç bir yerdə işləmir, ikinci qrup əlil olan oğlum 5-ci sinifdə, qızım üçüncü sinifdə oxuyur, kiçik qızım isə körpədir. Kiirayədə yaşayırıq, ancaq kirayə pulunu ödəməkdə çətinlik çəkdiyimizə görə, artıq anama məxsus 1 otaqlı yataqxanada (16-17 kv-lı) anamla birlikdə qalmaq məcburiyyətindəyik. 6 nəfərin bir kiçik otaqda yaşamasının necə acınacaqlı olduğunu dilə gətirməyə ehtiyac yoxdur. Sığındığımız mənzil birinci mərtəbədə yerləşdiyi üçün daimi nəmişlik və üfunət içindədir.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim ailə vəziyyətimizin ağır şəraitini nəzərə alaraq, bizə yataqxanada yer verilməsinə köməklik edəsiniz.
Cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün keçirdiyi islahatlar əhalinin rifahını xeyli yüksəltmişdir. Sosial problemlərin həlli xalqa göstərilən diqqət və qayğının önündə duran məsələdir meyarı ilə dövlət başçısının atdığı addımlar olduqca təqdirəlayiqdir.

Hörmətli Mehriban xanım, Sizin xalqa göstərdiyiniz xidmət, xoşməramlı və xeyirxah əməlləriniz, əhalinin həyat şəraitinin yüksək səviyyəyə çatdırılmasına hesablanmış işləriniz göz önündədir. İstər Heydər Əliyev Fondunun xətti ilə, istərsə də Birinci vitse prezident kimi çalışmalarınızın nəticəsi olaraq neçə-neçə insanın sosial (sağlamlıq, ev, iş, təhsil) problemi öz həllini tapıb. Əbəs yerə sizi xalqın anası adlandırmırlar. Siz bu adı xalqa göstərdiyiniz qayğı və sevgiylə qazanmısınız. Həmişə xalqın yanındasınız, xalq sizi sevir. Bu baxımdan xeyirxah əməllərinizin ənənəsi kimi bizim harayımıza yetəcəyinizə inanır və ümid edirik. Bəri başdan ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm!



Hörmətlə, Cəmilə R

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar