Xəbər lenti
ABŞ-da 2 uşaq atası olan azərbaycanlı evində güllələndi

Polis Nail Salamovun qəsdən öldürüldüyünü düşünür
ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.
Polisdən verilən məlumata görə, hücum dünən gecə, təxminən, saat 22:00 radələrində törədilib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.
Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.
Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər. /report/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar