Xəbər lenti
Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən çıxardı

Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.
Manevr.az xəbər verir ki, Təhsil Nazirliyindən "report"a bildirilib ki, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad ediib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Xatırladaq ki, bu il fevralın 21-də, təxminən, saat 12:00 radələrində 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.
Hadisə ilə bağlı məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar