Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Q - MÜSAHİBƏ

Tarix: 24-04-2019 00:11     Baxış: 271 A- / A+
Qənirə Mehdixanlı:"Ömrümün acısı da, şirini də, gəncliyi də, qocalığı da onunladır"

Q

"Ömrümün acısı da, şirini də, gəncliyi də , qocalığı da onunladır."

Müsahibimiz AYB və "Qazax" XİB-nin üzvü, AAB-nin Sumqayıt Bölgəsinin sədri, tanınmış pedaqoq, əmək veteranı, şair Qənirə Mehdixanlıdı.

Manevr.az-ın əməkdaşının Qənirə Mehdixanlı ilə müsahibəsini təqdim edirik:

-Xoş gördük, Qənirə xanım! Əslində şux qamətinizdə, vüqarlı baxışınızda bir "yaxşıyam" cavabı var. Amma yenə də bunu dilinizdən eşitmək istərdim…

Sevinc xanım, söhbət üçün əvvəlcədən təşəkkür edirəm. Mənim şuxluğuma da, vüqarıma da ilham verən məni tanıyan-bilənlərin, ətrafımdakı dostların sevgisi, mənə olan xoş münasibətidir. Onların əhval-ruhiyyəsini pozmamaq xatirinə hər cür vəziyyətimdən asılı olmayaraq "yaxşıyam" deyirəm. Onların xoş təbəssümü məni xoşbəxt edir.

-Saz-söz ocağında dünyaya göz açmısız. Yəqin ki, poeziyaya, sənətə bağlılığınız da doğulduğunuz mühitin ab-havasından irəli gəlir.

Mən gözlərimi dünyaya açanda anamın laylasının da saz üstündə kökləndiyini eşitmişəm. Yaradıcılığa gəlincə, o hər kəsə Allah tərəfindən verilən ilhamdır.

-Ötən il ədəbi cameənin və ictimaiyyətin iştirakı ilə 80 illik yubileyiniz qeyd olundu. Ruhunuzun yaşı neçədi?

Ruh həmişə cavan qalır. Kənardan baxanlar adama yaş verir.
Q


-Ədəbi fəaliyyətinizlə yanaşı bir pedaqoq, təhsil keşikçisi kimi də gördüyünüz işlər az deyil. Uzun illər məktəb direktoru kimi məsuliyyətli vəzifənin öhdəsindən gəlmisiz. İctimai qadın olmaq çox çətindi?

Mən ömrümün 57 ilini sizin kimi gənclərin təlim-tərbiyəsinə həst etmişəm. Bu sənəti sevərək seçmişəm. Rəhbərlik, onunla yanaşı, ictimai işlər heç vaxt məni bezdirməyib. Böyük həvəs məhəbbətlə çalışmışam. Bu gün də AAB-nin Sumqayıt bölgəsinə həvəslə rəhbərlik edirəm.

-Yuxarıda sadaladığım fəaliyyətinizə bir də AAB Sumqayıt Bölgəsinin sədri kimi çalışmanızı əlavə edim. Bu yaxınlarda məkan səbəbindən neçə vaxtdır "dondurulmuş" fəaliyyətinizi bərpa etmisiniz. Bu barədə fikirlərinizi bilmək istərdim. Nə kimi yeniliklər gözləyək sizdən?

Bəli, ofisimiz əlimizdən alınmışdı. Aşıqların toplaşmağa yeri yox idi. Yeri gəlmişkən, İcra başcısı Zakir Fərəcova təşəkkür edirik. Onun göstərişi ilə "Poeziya Evi"ndə aşıqlara da yer ayırdılar. Sonrakı fəaliyyətimiz də göz qabağında olacaq.
Q

Q

-Taleyinizi bağladığınız, demək olar ki, bütün çalışmalarınızın ünvan tapdığı doğma məkanın- Sumqayıtımızın 70 illik yubileyi qeyd olunur bu il. 81 yaşlı Qənirə Mehdixanlının 70 yaşlı şəhərə sözü və ya təbriki?

Mən 1963-cü ildən taleyimi Sumqayıta bağlamışam. Ömrümün acısı da, şirini də, gəncliyi də , qocalığı da onunladır. Mən Sumqayıta ürəkdən bağlanmışam. Onun 70 illk yubileyinə də hamı kimi biz də ciddi hazırlaşırıq. Allah qoysa yaşayarıq, görərik.

-Qənirə xanım, səmimi və maraqlı söhbətə görə çox sağ olun. Sizə can sağlığı və görəcəyiniz işlərdə uğurlar arzu edirəm.

Söhbət etdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar