Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Soyundurulan, döyülən, saçı kəsilən GƏLİNLƏR - Videoları yayan saytlar CƏZALANDIRILA bilər!

Tarix: 16-01-2019 14:13     Baxış: 3260 A- / A+
Soyundurulan, döyülən, saçı kəsilən GƏLİNLƏR - Videoları yayan saytlar CƏZALANDIRILA bilər!


Son dövrlər bəzi Kütləvi İnformasiya Vasitələrində ailədaxili münaqişələri əks etdirən görüntülər yayılmaqdadır.

Həmin videolarda xəyanət iddiasıyla hansısa qadın ya döyülür, ya saçı kəsilir, ya da çılpaq halda görüntülənir. Bu azmış kimi Kütləvi İnformasiya Vasitələrində tirajlanaraq, minlərlə insana ötürülür. Bəs, qanun məsələyə nə deyir?
“Bu kimi videolarının mediada yayılması qanun pozuntusudur”.

Sözləri Manevr.az saytına açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, məlumatı yayan saytları məhkəməyə vermək olar:
“Həmin videolar çox vaxt həyat yoldaşı tərəfindən çəkilir. Həyat yoldaşı həmin anda özündə olmaya bilər. Həmin şəxsi cəzalandırmaq üçün videonu çəkib, mediaya ötürə bilər, lakin saytlar bunu verməməlidir. Ailə belə olsa, hər bir insanın şəxsi həyatının toxunulmazlıq hüququ var. Bunların hamısı qanun pozuntusu sayılır. Ən əsas pozuntunu isə həmin videonu yayan Kütləvi İnformasiya Vasitələri törədirlər.

İnternet saytlarında bu cür məlumatları yayan şəxslər məsuliyyət daşıyırlar. Həmin videolar kiminsə şərəf və layəqətinə, şəxsi həyatına toxunursa, o məlumatı yayan saytları məhkəməyə vermək olar. Bu, çox ciddi qanun pozuntusudur. Həmin saytlar cinayət məsuliyyətinə cəlb olsa, bu cür məlumatların mediaya yayılmasının qarşısı alınar.

Axrıncı yayılan görüntülərdə də xanım videoya çəkilməsinə etiraz edir. Bu görüntülərin nəinki birinci, hətta istinad olaraq verilməsi də qanun pozuntusu hesab edilir. Hadisə barədə məlumat verilməsi heç bir problem yaratmır. Amma sırf görüntülərin yenidən paylaşılması belə pozuntudur. Bu videonu yayan şəxsləri cinayət məsuliyyəti, cərimə cəzası, hətta azadlıqdan məhrumetmə halları gözləyir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar