Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

AzTV-də Alışanovla bağlı sərəncam niyə oxunmadı?

Tarix: 16-01-2019 09:18     Baxış: 3186 A- / A+
AzTV-də Alışanovla bağlı sərəncam niyə oxunmadı?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifədən azad edilməsi ilə bağlı bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam AzTV-nin əsas xəbər buraxılışında səsləndirilməyib. Bu isə sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmayıb.

Bu barədə kult.az-a məlumat verən AzTV-dəki mənbə bildirib ki, sərəncamın oxunmaması adi peşə etikasıdır və burda hansısa məqam axtarmağa ehtiyac yoxdur.

“Bütün informasiya resursları bu məlumatı tirajlayıb. AzTV-nin bunu səsləndirməməsi isə sırf peşə əxlaqı ilə bağlıdır. AzTV sədrinin vəzifədən azad edilməsi barədə Prezident sərəncamının dövlət televiziyasının əsas xəbər buraxılışında səsləndirilməməsinə yalnız bu prizmadan yanaşmaq lazımdır. Bu, bütün media resurslarında qəbul olunan peşə qaydasıdır”, - mənbə bildirib.

Xatırladaq ki, A.Alışanov 2005-ci ildə Azərbaycan Teleradio Verilişləri QSC-nin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədri vəzifəsinə təyin edilib. O, ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilib.

AzTV sədrinin səlahiyyətlərini gənc və tanınmış jurnalist Rövşən Raqifoğlu icra edir. O, bu gün AzTV sədrinin müavini vəzifəsinə təyin olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar