Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ələkbərov dünyanın ən uğurlu üçüncü milyarderi oldu

Tarix: 22-12-2018 11:39     Baxış: 2182 A- / A+
Ələkbərov dünyanın ən uğurlu üçüncü milyarderi oldu

“Forbes” jurnalı dünyanın ən uğurlu və ən uğursuz 10 milyarderinin siyahısını hazırlayıb.

Manevr.az xəbər verir ki, ən uğurlu milyarderlər arasında siyahıya “Amazon”un rəhbəri Cef Bezos rəhbərlik edib. Onun 2018-ci ildə sərvətinin 27,9 milyard dollar artaraq 217,2 milyard dollara çatdığı vurğulanıb. İkinci yerdə “Uniqlo” brendinin təsisçisi Tadasi Yanai yer tutub (sərvəti 7 milyard dollar artaraq, 27,1 milyarda çatıb).

İlk üçlüyü “Lukoyl”un rəhbəri Vahid Ələkbərov qapadıb. Dünyanın ən zəngin azərbaycanlısının sərvəti il ərzində 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. Ələkbərovdan sonrakı yerlərdə mediamaqnat Rupert Merdok, Leonid Mixelson, Gennadi Timçenko, Stiv Balmer, Mukeş Ambani, Bil Qeyts və İlon Mask qərarlaşıb.

Ən uğursuzlar siyahısına isə Feysbukun rəhbəri Mark Zukerberq rəhbərlik edib. Zukerberq il ərzində 18,7 milyard dollar itirib. Ondan sonrakı yeri “Zara”nın sahibi Amansio Orteqa (16,2 milyard itki), Georq Şefler (14 milyard itki), Ma Xuaten (10,1 milyard itki), Karlops Slim (9,3 milyard itki) və digərləri tutub./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar