Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşət: yeni doğduğu körpəsini öldürdü

Tarix: 17-11-2018 17:33     Baxış: 3253 A- / A+
Azərbaycanda dəhşət: yeni doğduğu körpəsini öldürdü

Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.

Manevr.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.

Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu" diaqnozu ilə qeydiyyata götürülüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar