Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

o

Tarix: 19-09-2018 12:03     Baxış: 214 A- / A+
o
Yaqub Zurufçu - Üzeyir Hacıbəyli irsinin sadiq, yorulmaz təbliğatçısı

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin məşhur romanslarını, "Koroğlu", "Arşın mal alan" operalarından ariyaları, Fikrət Əmirovun, Tofiq Quliyevin məşhur musiqi əsərlərini Latın Amerikasında və digər xarici ölkələrdə korifey sənətkarlarımız Bülbüldən, Rəşid Behbudovdan, Müslim Maqomayevdən sonra kimlər oxuyub, kimlər Azərbaycanı tanıdıb, sevdirib?

Üzeyir bəyin sentyabrın 18-də xalqımız tərəfindən qeyd edilən Ad günündə bu sual məni maraqlandırdığından internetdə axtarış və araşdırma aparmalı oldum. Məlum oldu ki, Azərbaycanın milli musiqi mədəniyyətinin, opera sənətinin banisi Üzeyir Hacıbəylinin əsərlərinin son 20-25 il ərzində əsas təbliğatçısı dünya şöhrətli sənətkarımız, bizləri "Ayrılıq"la birliyə səsləyən Yaqub Zurufçu olub.

Təəssüflə qeyd etməliyəm ki, araşdırma zamanı aydın oldu ki, dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş etmiş Üzeyir bəyin adı dünya bəstəkarları ensiklopediyasına salınmamışdır (orda Azərbaycan bəstəkarlarından yalnız Qara Qarayevin adına rast gəlinir, ermənilərin isə 15-ə qədər bəstəkarının adları sadalanır). Belə olduğu halda bir daha əmin olursan ki, bəstəkarlarımızın və onların əsərlərinin, ilk növbədə isə milli opera sənətimizin banisi Üzeyir Hacıbəylinin dünyanın hər bir yerində və hər zaman təbliğinə ehtiyac var. Bu baxımdan Yaqub Zurufçunun ardıcıl olaraq Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməsi, Azərbaycanda və xarici ölkələrdə onun ölməz əsərlərini böyük sevgi ilə, yüksək sənətkarlıqla tamaşaçılara, musiqisevərlərə çatdırması rəğbət doğurmaya bilməz.

İnternet araşdırmamdan məlum oldu ki, Amerikanın məşhur "Xdot25" şirkəti Yaqub Zurufçunun həmin məşhur əsərləri daxil etdiyi diskləri (əvvəl Simfonik orkestrlə, sonra -. Xalq Çalğı alətləri orkestri ilə) ilk dəfə olaraq 1997-ci ildə yüksək tirajla çap etdikdən sonra geniş populyarlıq qazandığından, həmin mahnı albomlarını 2005-ci ildə yenidən, təkrar çap etməli olmuşdu. Həmin dövrdə dünyaca məşhur "Amazon" və "Blask Buster" satış şəbəkələri Yaqub Zurufçunun albomlarını Üzeyir bəy dühasına böyük ehtiramla amerikalı musiqisevərlərə təqdim etmişdi. Sonralar həmin məşhur əsərlər həm ABŞ-ın, həm də Avropa ölkələrinin populyar saytlarında yayılaraq, Üzeyir bəyin ölməz musiqisinin daha geniş auditoriyalarda, sevilərək və böyük uğurla səslənməsinə səbəb olmuşdu.

Üç il əvvəl - 2015-ci ildə Yaqub Zurufçunun dahi bəstəkarın 130 illiyi ilə bağlı onun əsərlərindən ibarət xüsusi olaraq hazırladığı və o böyük şəxsiyyətin ev-muzeyində təqdimatı keçirilmiş mahnı diski də görkəmli müğənninin böyük sənətkara olan sonsuz məhəbbətinin danılmaz ifadəsi, təsdiqidir.

Rəhman ORXAN.

o

o
o

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar