Sizin Reklam Burada
Xəbər lenti
21 iyul
20 iyul
BÜTÜN XƏBƏRLƏR

Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR

Tarix: 08-07-2018 12:24     Baxış: 252 A- / A+
Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR


Elmar Vəliyevə qəsd eləmiş Yunis Səfərovu Hizbullahla birləşdirən amil yalnız…
Ölkə mediasının və sosial şəbəkənin əsas gündəmi Gəncədə baş vermiş sui-qəsd və onun ardınca baş verənlərdir. Cümə günü hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq hadisəni terror aktı elan etdi. Dünən isə Elmar Vəliyevi güllələyən Yunis Səfərovun xanımı videomüraciət yayaraq bəzi iddialara cavab verib.

Hazırda ən çox müzakirə olunan məqam Yunis Səfərovun Suriyada hərbi təlimlərdə iştirak etməsidir. Rəsmi açıqlamada bu qeyd var və orada Səfərovun 2016-cı ildə İrana getdiyi və burada 8 ay yaşadığı, bu müddətdə Suriyaya gedərək hərbi təlim aldığı iddia olunur. Ancaq rəsmi məlumatda daha detallı hər hansı bir məlumat yoxdur, eləcə də mediada bunu təsdiqləyən hansısa fakt yoxdur. Yalnız Yunisin ziyarətgah fotoları və mübhəm papağından başqa ortada ittihamları sübut edə biləcək detallar yoxdur.

Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR


Yunis Səfərovun sosial şəbəkələrdə ən çox yayılan görüntüsü saqqalı və yay baş geyimində olan fotosudur. Bu fotoda hər hansı partizan elementi görünməsə də, Yunisin başındakı papaq 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş Hizbullahın silahlı qanadının komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papağın hizbullahçıların səhra geyimi olduğu, Yunisin bu papağı Suriyada əldə etdiyi haqda bir bilgi olmasa da, əsas işarə məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edir. Halbuki Səfərovun Suriyada olması və döyüşməsi ilə bağlı hələlik hər hansı bir fakt yoxdur.

Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR


Ancaq görünən odur ki, kimlərsə onu məhz bu şəkildə tanıtmaq istəyir. Sosial şəbəkələrdə yayılan roliklər, fotokollajlar, dini bənzətmələr məhz buna xidmət edir. Əcəba, bu təqdimat kimə və nəyə görə lazımdır. Aydın məsələdir ki, bu günə qədər hətta şiə azərbaycanlılar Əsədə dəstək üçün gediblərsə, bu fakt ciddi-cəhdlə ört-basdır edilib, açıqlanmayıb. Ancaq indi birdən birə bu gizlilik götürülür, əksinə, cəmiyyətə Yunisin məhz İran üzərindən Suriyaya getdiyi, orada hökumət tərəfdən hərbi təlimlərə qatıldığı, daha sonra isə sərbəst şəkildə Azərbaycana gələrək Gəncənin mərkəzində, hər kəsin gözü önündə başçını güllələdiyi ssenarisi ötürülür.

Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR


Qeyd edək ki, azərbaycanlıların İŞİD, ən-Nusra və bənzər islamçı qruplara qoşulması ilə bağlı aşkar faktlar olsa da, şiə icmalarından gedərək Bəşər Əsəd tərəfdə döyüşənlərlə bağlı aşkar faktlar yox idi. Baxmayaraq ki, hələ 4 il əvvəl bəzi media orqanlarında bu barədə bilgilər vardı. Çünki həmin vaxt İran ordusu Suriyada müqəddəs şiə ziyarətgahlarını qorumaq çağırışı ilə Pakistan, Əfqanıstan, İraq və həmçinin İrandan olan könüllülər hesabına bir neçə silahlı briqadalar formalaşdırmışdı.

İraqlıların “Əbəlfəzl Abbas”, əfqanların və pakistanlıların “Fatimiyyun” briqadaları daha sonra təkcə hərəmlərin müdafiəsi deyil, eyni zamanda digər bölgələrdə də Hizbullah və Suriya qüvvələri ilə əməliyyatlara qatılırdı. Azərbaycanlıların da hərəm müdafiəsində iştirak etdiyi iddiaları olsa da, bu günə qədər hansısa rəsmi mənbə, eləcə də bu faktı təsdiqləyən hər hansı bir fakt ortaya çıxmayıb. Yunislə bağlı isə əlimizdə sadəcə rəsmilərin elan etdiyi iddialar və bir də onun hizbullahçı papağı var. /Musavat.com/

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar